Britaniya "Microsoft"un "Activision Blizzard" ilə 69 mlrd. dollarlıq müqaviləsini bloklayıb
Böyük Britaniyanın antiinhisar tənzimləyicisi (Competition and Markets Authority, CMA) "Microsoft" və "Activision Blizzard" arasında bağlanan müqaviləni bloklayıb. Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
CMA-nın bəyanatında deyilir ki, "Microsoft"un oyun studiyasını alması "sürətlə böyüyən bulud oyun bazarının gələcəyini dəyişəcək, nəticədə gələcək illərdə İngiltərə oyunçuları üçün daha az yenilik və daha az seçim olacaq".
Tənziçləyici vurğulayır ki, Amerika korporasiyasının payı qlobal bazarın təxminən 60-70 faizini təşkil edir. "Müqavilə "Microsoft"a "Call of Duty", "Overwatch" və "World of Warcraft" kimi oyun kontenti üzərində nəzarət verməklə onun bazar üstünlüyünü möhkəmləndirəcək", – sənəddə deyilir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Microsoft" 2022-ci ilin yanvarında "Activision Blizzard"ı aldığını elan edib. Şirkət "Call of Duty", "World of Warcraft", "Candy Crush", "Tony Hawk", "Diablo", "Overwatch", "Spyro", "Hearthstone", "Guitar Hero", "Crash Bandicoot", "StarCraft" kimi oyunların yaradılması ilə tanınır.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Biznes plan necə yazılır?
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Yatırım olmadan necə biznes qurmaq olar?