Britaniya "TikTok"a qarşı ittiham irəli sürüb
Böyük Britaniya hökuməti "TikTok" sosial şəbəkəsinə qarşı uşaqlara qarşı onlayn xidmətlər üçün davranış kodeksini pozmaqla bağlı ilkin ittihamlar irəli sürüb və 27 milyon funt sterlinq (29,3 milyon ABŞ dolları) məbləğində cərimə məbləğinin ödənilməsini tələb edir.
Bu barədə bazar ertəsi "The Independent" qəzeti məlumat yayıb.
İnformasiya üzrə komissar Con Edvards şirkəti 13 yaşa qədər olan uşaqların müvafiq valideyn nəzarəti və razılığı olmadan saytına daxil olmasına icazə verməkdə, eləcə də qanuni əsası olmadan istifadəçilərin etnik mənsubiyyəti, irqi, cinsi oriyentasiyası, siyasi baxışları kimi "xüsusi məlumatlarını" emal etməkdə ittiham edir.
C.Edvards bildirib ki, uşaqlar təhsil almalı və rəqəmsal dünyanı öyrənə bilməlidirlər, lakin onların məlumatları qorunmalı və hüquqlarına hörmət edilməlidir, rəqəmsal xidmət təminatçıları isə bunu təmin etməlidir. Onun fikrincə, "TikTok" bu tələblərə cavab vermir. / banker.az
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind