Bu gün Sumqayıt və Abşeronun bəzi hissələrində təbii qaz verilişi dayandırılıb
Bu gün səhər saat 10:00-dan etibarən Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində təbii qaz verilişi dayandırılıb.
Artıq bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstismarı Sahəsindən (QİS) abonentlərə xəbərdarlıq edilib.
Xəbərdarlıqda deyilir ki, fasilə Sumqayıtın Çerkassi küçəsində yeraltı orta təzyiqli D530 mm-lik qaz kəmərində sızmanın aradar qaldırılması məqsədi ilə baş verəcək.
Sumqayıt QİS-in Qəza xidməti tərəfindən işlər tamamlanana qədər Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldǝrǝ yaşayış massivi, Novxanı, Qurddərasi, Metallurq, Corat və Saray bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 12, 13, 16 17, 18, 20 və 21-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatı dayandırılacaq.
Qurum müvəqqəti narahatçılığa görə əhalidən üzr istəyir. / banker.az
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir