Bu il AÇG-də 18 yeni quyu qazılacaq
Cari ildə Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çiraq-Günəşli neft-qaz yataqları blokunda (AÇG) 18 quyunun qazılması planlaşdırılır.
Bunu Bakıda keçirilən Caspian Drilling konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Kim O"Leary bildirib.
Onun sözlərinə görə, bu il AÇG-də qazılacaq quyuların 12-i hasilat quyularının payına düşəcək.
BP nümayəndəsi onu da əlavə edib ki, ötən il AÇG-də 17 quyu qazılıb, bunun da 9-u hasilat quyusu olub. Digər qazılan quyular injektor və axtarış quyuları olub.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30.37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9.57%, "Inpex" – 9.31%, "Equinor" (keçmiş "Statoil") – 7.27%, "ExxonMobil" – 6.79%, TPAO – 5.73%, "Itochu" – 3.65% və "ONGC Videsh Ltd." (OVL) – 2.31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar.
AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq. / banker.az

Mərkəzi Bank BOKT-a lisenziya verib
10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
Dünyanın ən dəyərli avtomobil şirkətləri
IMEI kod nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dropshipping nədir?
Bitcoin necə işləyir?