Bu ilin 9 ayında Azərbaycanda 11 minə yaxın iş yeri bağlanıb
2023-cü ilin doqquz ayı ərzində ölkədə 60,9 min yeni iş yerləri açılmışdır. Bu dövrdə yaradılmış iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılmışdır.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Yeni açılmış iş yerlərinin 80,4 faizi Bakı şəhərinin, 1,2 faizi Naxçıvan Muxtar Respublikasının, 18,4 faizi digər regionların, o cümlədən 3,6 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 1,9 faizi Gəncə-Daşkəsən, 1,8 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Mərkəzi Aran, 1,4 faizi Şirvan-Salyan, 1,2 faizi Qarabağ, 0,9 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Dağlıq Şirvan, 0,5 faizi isə Mil-Muğan iqtisadi rayonlarının payına düşmüşdür.
Yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 90,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,4 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.
Bununla yanaşı, 2023-cü ilin doqquz ayı ərzində ölkədə 10,8 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 56,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 55,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 44,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
"Freelance" nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
İnvestisiyanın necə cəlb etmək olar?
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin necə işləyir?