"Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var"

İyunun 25-də - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibə verib.
Marja xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov antiterror əməliyyatlarından danışarkən deyib:
Yeni, müasir silah almaq işin 10 faizidir. Burada şərtlər var, bu silahı saxlamaq şərtləri. Məsələn, indi müasir silahları elə şəraitdə saxlamaq lazımdır ki, o, texniki baxımdan döyüşə tam hazır vəziyyətdə olsun. Orada kondisionerlər işləyir və digər məsələlər. Təsəvvür edin, elə raket sistemləri var ki, onların üzərində gündəlik 15 əməliyyat keçirirlər ki, o, döyüş vəziyyətinə daim hazır olsun. Biz gördük ki, 44 günlük Vətən müharibəsində düşmənin bu məsələdə problemləri var idi. Atırdılar, haraya gedirdi bilinmirdi. Yəni ki, digər problemlər də var idi – silahların, sursatların saxlanması prosesi, bunları daim bərpa etmək məsələsi. Cənab Prezident də dediyi kimi, ən vacib məsələ bunlardan istifadə edən insandır. Bunların hazırlanması işin 50 faizidir, şəxsi heyətin hazırlanması da digər 50 faiz. Burada qeyd etməliyik ki, cənab Prezident buna xüsusi diqqət yetirir. Bilirsiniz ki, cənab Prezidentin tapşırığına əsasən biz qardaş Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq edirik. Türkiyə Silahlı Qüvvələri NATO-nun aparıcı ordularından biridir. Biz onların təcrübəsindən bəhrələnirik və tətbiq edirik. Xüsusilə də Milli Müdafiə Universitetinin yaradılması barədə Sərəncam var. Bilirsiniz ki, Milli Müdafiə Universitetinin tərkibində yeni hərbi kolleclərin yaradılması ilə bağlı Prezidentin Sərəncamı oldu. Bu, Azərbaycan Ordusunun peşəkarlığının artırılması istiqamətində böyük addımdır. Hətta gənclərin hərbi peşəyə marağının artırılması üçün orada maliyyə şərtləri çox gözəldir. Yəni, bu istiqamətdə böyük işlər görülür. Biz Naxçıvanda, Bakıda kolleclərin sosial bazasını yaratmışıq. Görürük ki, böyük maraq var. Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var. Bu kolleclərin fəaliyyəti, ümumiyyətlə, peşəkar kadrların hazırlanmasına yönəlib. Bu, çox önəmlidir. / marja.az

Maraqlı     Tarix: 26 iyun 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin