Bu ölkədə vitse-prezident 12 il həbs oluna bilər
Argentinada prokuror keçmiş prezident və indiki vitse-prezident Kristina Kirşneri korrupsiyada təqsirli bilib.
KONKRET.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, prokuror Dieqo Luciani məhkəmədən vitse-prezidentin 12 il müddətinə azadlıqdan məhrum edilməsini, ömürlük dövlət vəzifəsində işləməsinə qadağa qoyulmasını və 1 milyard dollar cərimə olunmasını xahiş edir.
İddialar xanım Kirşnerin prezident vəzifəsində işlədiyi 2007-2015-ci ilə qədər olan dövrə aiddir.
O, infrastruktur layihələrinin həyata keçirilməsində cinayət sxeminin təşkilatçısı hesab olunur.
Hazırkı dövlət başçısı Alberto Fernandes iddiaların əsassız olduğunu və keçmiş prezidentə aid edilən cinayət əməllərin heç birinin sübuta yetirilmədiyini deyib.
Qeyd edək ki, bu, eks-prezidentə qarşı açılan ilk korrupsiya işi deyil. Son illər ona qarşı rüşvətxorluq, çirkli pulların yuyulması, ədalət mühakiməsinə mane olmaq kimi bir neçə müxtəlif cinayət işi qaldırılıb.
İqbal Rzayev,
KONKRET.az

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Dropshipping nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Kriptovalyuta nədir və necə alınır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası