"Bulla-dəniz" yatağından indiyədək hasil olunan qazın həcmi açıqlanıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Bulla-dəniz" yatağı istismara veriləndən 01.05.2024 tarixinədək burada 69.9 mlrd. kubmetr qaz hasil olunub.
Bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində "Caspian Oil&Gaz" neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.
Məlumata görə, hesabat dövründə yataqda 12.4 mln. ton neft (kondensatla birlikdə) hasil olunub.
Qeyd edək ki, "Bulla-dəniz" yatağı Bakı arxipelağının şimal hissəsində, Ələt burnundan 22-23 km, Bulla adasından isə 12-15 km, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası" yatağından isə 10 km cənub-şərqdə yerləşir. Struktur tektonik cəhətdən şimal-qərb cənub-şərq istqamətinə uzanan eni 9 km, uzunluğu isə 27 km, şimal-şərq qanadda hündürlüyü 1400 metr olan nəhəng braxiantiklinal qırışıqdan ibarətdir.
Burada dənizin dərinliyi 17 metrdən 30 metrə qədər və daha cox dəyişir. Dənizin dibi maili olaraq, cənub-şərq istiqamətində dərinliyə doğru batır. Bu qalxım aparılan seysmik kəşfiyyat işləri nəticəsində 1951-ci ildə aşkar edilib. Yatağın neftlilik-qazlılığı isə 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkarlanıb. Bu quyudan VII horizontun 5203-5190 metr hüdudlarından sınaq vaxtı orta gündəlik 200 ton kondensat və 1 000 000 kubmetr qaz alınıb. / banker.az

Xəbərlər     Tarix: 07 iyun 2024

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


iqtisadi xeberler 1000 manatla biznes bu gunun xeberleri dollar manat kursu valyuta mezennesi