BVF qlobal iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ilin yekunlarına əsasən, qlobal iqtisadi artım proqnozunu 3,2%-ə (+0,2%) qədər yaxşılaşdırıb. 2026-cı il üçün proqnoz iyul qiymətləndirməsi ilə eynidir və 3,1% təşkil edir.
"İnkişaf etmiş ölkələrdə artım təxminən 1,5%, inkişaf etməkdə olan ölkələrdə isə 4%-dən çox olacaq", — BVF-in hesabatında deyilir. Fond həmçinin qlobal inflyasiyanın daha da azalacağını gözləyir.
BVF-in baş iqtisadçısı Pyer-Olivye Qurinşa brifinqdə bildirib ki, ABŞ və Çin arasında ticarət müharibəsinin kəskinləşməsi qlobal iqtisadi artım perspektivlərinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, hər iki ölkənin rəsmilərinin son bəyanatları "ticarət qeyri-müəyyənliyinin hələ də davam etdiyini anlamağa vadar edir".
Proqnoza əsasən, 2025-ci ilin yekunlarına görə Rusiyanın iqtisadi artımı 0,6% olacaq. ABŞ-də bu göstərici 2%, Avropa İttifaqında — 1,2%, Çində — 4,8%, Hindistanda isə 6,6% səviyyəsində proqnozlaşdırılır. / banker.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Yatırım olmadan necə biznes qurmaq olar?
Bill Qeyts kimdir?
Kriptovalyuta nədir və necə alınır?
Az pulla hansı işi qurmaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?