Cari vergi hesablamaları ilə bağlı hansı hallarda faizlər hesablanır?

Cari vergi hesablamaları ilə bağlı hansı hallarda faizlər hesablanır?Cari vergi hesablamaları ya vergi ödəyicisi tərəfindən, ya da vergi orqanı tərəfindən hesablanaraq şəxsi hesab vərəqəsinə işlənir. Bu zaman ortaya çıxan nüanslarla bağlı üçün mühasibat mütəxəssisi Orxan İsgəndərov açıqlama verib.
Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Həmin maddədə göstərilən metod ilə cari hesablamalar əvvəlki ilin vergi məbləğinin 25 faizi miqdarında hər rüb eyni qaydada şəxsi hesab vərəqəsinə işlənir və borc bildirişi göndərilir. Borc şəxsi hesab vərəqəsinə işləndikdən sonrakı gündən gec ödənilərsə, Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən, ödənilməyən hər gün üçün 0,1 faiz cərimə hesablanacaq.
Vergi Məcəlləsinin 151.5-ci maddəsində göstərilən metod ilə vergi orqanının cari vergi hesablamalarını aparma qaydası isə fərqlidir. Belə ki, Məcəllənin 151.5.8-ci maddəsinə əsasən, arayışı vaxtında göndərmədikdə vergi məbləği Məcəllənin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar əsasında hesablayır. Belə bir hesablamadan sonra arayışın göndərilməli olduğu vaxtdan vergi orqanının hesablama apardığı vaxta qədər hər ötmüş gün üçün 0.1 faiz cərimə hesablanaraq şəxsi hesab vərəqəsinə işlənəcək.
Misal: Əvvəllər mənfəət vergisi ödəyicisi olmayan "AA" MMC 1-ci rüb üzrə 151.5 metodu ilə cari vergi ödəmələri üçün arayış göndərməli idi. Müəssisənin rüb ərzində gəlirləri 1.000 manat olub, xərcləri isə olmayıb. Vergi orqanı 1 sentyabr 2022-ci ildə, Vergi Məcəlləsinin 151.5.8-ci və 67-ci maddələrinə əsasən, əlaqəli məlumatlar əsasında 200 manat vergi və hər ötmüş gün üçün 0,1 faiz cərimə hesablayaraq şəxsi hesab vərəqəsinə işləyib. / banker.az

Xəbərlər     Tarix: 27 dekabr 2022

Oxşar xəbərlər

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm


iqtisadi xeberler dollarin kursu bu gun biznes xeberleri bitcoin qiymeti avtomobil xeberleri