"Caspian Energy Uzbekistan"a sədr - TƏYİN OLUNUB

Tehran Əliyev "Caspian Energy Uzbekistan"ın sədri vəzifəsinə təyin olunub.
"Caspian Energy Turkiye"nin rəhbərliyində - YENİ TƏYİNAT
FED.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, Tehran Əliyev, Özbəkistan ərazisində "Caspian Energy Club"-un maraqlarını təmsil edəcək və eyni zamanda layihələrini idarə edəcək. Bunlarla yanaşı beynəlxalq "Caspian Energy Forum Uzbekistan",  "Caspian Energy Award Uzbekistan", "Brand Award Uzbekistan" və həmçinin Özbəkistanın bütün regionlarında B2G və B2B forumlar, biznes-turlar və dairəvi masalar, "CEO Breakfast" və "CEO Lunchlar",təşkil edəcək.
Tehran Əliyev ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"un Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Tehran Əliyev Azərbaycan və Özbəkistan sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edib, əlindən gələni edəcəyini vurğulayıb.
Əliyev Tehran Rizvan oğlu, 1985-ci ildə Şəki şəhərində anadan olub.
1991-cı ildə Şəki şəhəri 18 saylı orta məktəbə daxil olub. 2001-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsinin bakalavr pilləsinə qəbul olub. 
2005-ci ildə həmin ixtisası bitirmiş və eyni ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsinin magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
2016-cı ildə Almaniyanın Köln şəhərində "Menecerlər üçün təlim" aylıq proqramının iştirakçısı olmuşdur. 
Universteti bitirdikdən sonra müxtəlif sahələrdə çalışıb. 2014-cü ildən isə Vitam MMC-də çalışır. Hazırda Vitam MMC-nin həmtəsisçisi və dirketorudur. 
Şirkətin ABŞ, Özbəkistan və Gürcüstan respublikalarında şöbələrinin açılmasında aktiv iştirak etmiş, Özbəkistan və Gürcüstan şöbələrinə birbaşa rəhbərlik etməkdədir.
2022-ci ildə Caspian Energy Clubun tərkibində formalaşdırılmış "Yüngül sənaye və reklam" komitəsinin sədri və Şəki – Zaqatala iqtisadi regionu üzrə nümayəndə vəzifələrinə seçilmişdir. 
Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət" dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin "B2G", "B2B" və "B2C" formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
"Biznes-networking" üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 09 yanvar 2023

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler dollar manat kursu bu gunun xeberleri emlak xeberleri bitcoin