Çavuşoğlu: "Avropa İttifaqının Türkiyəyə ehtiyacı var"
Ukrayna və Rusiya arasında vasitəçilik rolunu oynamaq, "Taxıl daşınmasına dair sazişi"nin İstanbulda imzalanması Türkiyənin güclü xarici siyasətinin bəhrəsidir.
Bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Ukrayna böhranı Türkiyənin dəyərini, dostluğunu bir daha göstərdi: "Ukrayna müharibəsi gec-tez bitəcək, amma ortaq maraqlarımızı təmin etmək ehtiyacı qalacaq".
Nazir, Avropa İttifaqının Türkiyənin ona üzv olduğu təqdirdə dünyada real güc mərkəzi ola biləcəyini əlavə edib. Çavuşoğlu Türkiyə-Aİ münasibətlərinin bir neçə üzv ölkənin qeyri-obyektiv mövqeyindən daha üstün olduğunu, strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Avropanın Türkiyəyə ehtiyacı var. Türkiyənin isə Avropa qitəsinin təhlükəsizliyinin qorunması məsələsində öhdəliyi var, çünki Türkiyə Avropadır".
Bundan əlavə, nazir, Türkiyənin bir çox ölkələrlə üç və dördtərəfli formatda sıx əməkdaşlıq etdiyini qeyd edib. O, həmçinin, Azərbaycan, Qazaxıstan və Özbəkistanla XİN rəhbərləri, nəqliyyat və ticarət nazirləri səviyyəsində olan üçtərəfli əməkdaşlıq mexanizmin vacibliyini vurğulayıb.
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət