Ceyhun Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Tomas Şuller-Qötzburqu ilə görüşüb.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. Ölkəmiz ilə Avstriya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə istinad edən nazir, ikitərəfli siyasi dialoqun və məsləhətləşmələrin əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir cari ilin əvvəlində Avstriyaya səfəri də daxil olmaqla son bir ildə Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq ilə görüşləri və aparılmış müzakirələri məmnunluqla qeyd edərək, həmkarının ölkəmizə səfər edəcəyini gözlədiyini səfirin diqqətinə çatdırıb. O, bölgəmizdə baş vermiş dəyişikliklər kontekstində siyasi, iqtisadi, təhsil, nəqliyyat və tranzit, alternativ və "yaşıl" enerji resurslarının inkişaf etdirilməsi istiqamətlərində, eləcə də humanitar səviyyədə imkanların və əməkdaşlıq perspektivlərinin daha da genişləndiyini qeyd edib.
Tomas Şuller-Qötzburq Avstriyanın Azərbaycandakı səfirliyinin 12 il əvvəl təsis edilməsinə baxmayaraq, xüsusilə enerji məsələləri olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndiyini məmnunluqla diqqətə çatdırıb. Səfir Avstiya şirkətlərinin ölkəmizə marağının daha da artdığını qeyd edib. Cari ilin may ayında Avstriyadan Azərbaycana ticarət missiyasının həyata keçirildiyini, növbəti belə missiyanın yaxın gələcəkdə planlaşdırıldığını bildirib.
Ceyhun Bayramov Ermənistanın təcavüzü nəticəsində ölkəmizə və əhalimizə dəyən zərər barədə qarşı tərəfi məlumatlandırıb. Son 30 ildə ölkəmizə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu diqqətə çatdırılıb. O, daha sonra, səfirə bölgədə münaqişə sonrası vəziyyət, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Azərbaycanla-Ermənistan arasında normallaşma prosesi, habelə bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları və təklifləri barədə məlumat verib. Avstriya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə dəstək verməsinin vacibliyini vurğulayıb.
Səfir ölkələrimiz arasında münasibətlərin daha da inkişafı naminə səylər göstərəcəyini diqqətə çatdırıb.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Bitcoin necə işləyir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?