Ceyhun Bayramov Borrell ilə danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borrell ilə telefon danışığı olub.
Bu barədə KONKRET.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və sərhədboyu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış gərginlik müzakirə olunub.
Ceyhun Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu, bu təxribatların Ermənistan tərəfindən son aylarda davam edən provokasiyaların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.
Telefon söhbəti zamanı ali nümayəndə Cozef Borrell yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib. Borel Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib olduğunu qeyd edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın 14 sentyabr tarixində bölgəyə səfər etmək niyyətini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
SMM nə deməkdir?
Bitcoin nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
ZARA-nın uğur hekayəsi