Ceyhun Bayramov Devid Bednarla görüşdü

Ceyhun Bayramov Devid Bednarla görüşdüAzərbaycan xarici işlər nazirinin müavini Ceyhun Bayramov ölkədə səfərdə olan ABŞ-ın Yuta ştatında yerləşən "İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri" Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Devid Bednarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı nazir çoxmillətli və multikonfessional ölkə olaraq Azərbaycanın bütün dinlərə etiqad edənlərin sülh və əmin-amanlıq içərisində yaşadığı ölkə olduğunu və hazırda Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidentinin müəllifliyi ilə "Bakı prosesi" təşəbbüsü də daxil olmaqla bir sıra qlobal əhəmiyyətli təşəbbüslərin irəli sürüldüyü, BMT-nin Sivilzasiyalararası Alyansının Qlobal Forumu da daxil olmaqla Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilib.
Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şəkildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə çatdırılıb.
C.Bayramov eyni zamanda 30 illik dövrdə ərazilərimizin Ermənistan tərəfindən işğalı və etnik təmizləmə fəaliyyəti, eləcə də post-münaqişə dövründə ölkəmizin sülh və sabitliyin təmin edilməsi, bərpa və quruculuq işləri barədə məlumat verib. Ermənistan tərəfindən prosesə maneçilik çəhdləri və davam edən mina təhdidləri vurğulanıb.
Devid Bednar Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri və dinlərarası dialoqa töhfə verən mühüm təşəbbüsləri barədə məlumatlı olduğunu və beynəlxalq müstəvidə dini, irqi və etnik zəmində ayrı-seçkiliyin xüsusilə kəskin miqyas aldığı hazırkı dövrdə Azərbaycan cəmiyyətinin sahib olduğu dəyərlərin olduqca əhəmiyyətli olduğunu bildirib. O, kilsənin müxtəlif proqramları çərçivəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Tərəflər görüş zamanı eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Xəbərlər     Tarix: 26 may 2023

Oxşar xəbərlər

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler en son xeberler rubl mezenne depozit faizleri kicik biznes