Çin bankları 350 milyard dollar zərər ilə qarşı-qarşıya
Çində yaşanan daşınmaz əmlak böhranı nəticəsində bu ölkənin bankları böyük itkilərlə üzləşə bilər.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Çinin 20-dən çox şəhərində ev alanların ipotekanı ödəməkdən imtina etməsi ölkə banklarına təzyiqi artıra və daşınmaz əmlak böhranını təhlükəli həddə çatdıra bilər.
Ölkənin daşınmaz əmlak bazarına inam kəskin şəkildə aşağı düşdüyünə görə Çin bankları ən pis ssenaridə $350 mlrd. ipoteka itkisi ilə üz-üzədirlər.
Qeyd edək ki, dayandırılmış layihələrin yaratdığı spiral böhran yüz minlərlə ev alıcısının inamını sarsıdıb, 90-dan çox şəhərdə ipoteka boykotuna səbəb olub və bunun daha geniş sistematik riskləri yarada biləcəyi ilə bağlı narahatlıqları artırıb. İndi sual bunun baş verib-verməyəcəyi deyil, ölkənin 56 trilyon dollarlıq bank sistemini nə qədər aşındıracağıdır.
Ən pis ssenaridə "S&P Global Ratings" 2.4 trilyon yuan (356 milyard ABŞ dolları) və ya ipoteka kreditlərinin 6.4%-nin risk altında olduğunu təxmin edir, "Deutsche Bank" isə ev kreditlərinin ən azı 7%-nin risk altında olduğunu bildirir. İndiyədək banklar boykotlardan birbaşa təsirlənən vaxtı keçmiş ipoteka kreditləri üzrə cəmi 2.1 milyard yuan zərər açıqlayıblar.
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c