Çin iqtisadiyyatını araşdıran azərbaycanlı alim

Çin iqtisadiyyatını araşdıran azərbaycanlı alimÇin haqqında ən çox elmi araşdırmalar aparan azərbaycanlı alim Ziyad Səmədzadədir. Alimin sözlərinə görə, ilk dəfə 1993-cü ildə Çin Xalq Respublikasına səfər etdikdən sonra bu ölkə haqqında təsəvvürləri demək olar ki, kökündən dəyişmişdir. Aldığı təəssüratlar, geniş statistik materiallar, Çin və dünya iqtisadiyyatı problemləri onu çox düşündürmüş və bu ölkənin iqtisadi inkişafını araşdırmaq fikrinə qərar vermişdir.
Çin haqqında ilk kitabı – "Dünya iqtisadiyyatı: Çin "iqtisadi möcüzəsi" adlı kitabı 2001-ci ildə çapdan çıxmışdır. Növbəti illərdə də bir neçə dəfə Çinə səfər etmiş, iqtisadi orqanların rəhbərləri, iqtisadçı alimlərlə çoxsaylı görüşlər keçirmiş, Çində aparılan iqtisadi islahatların uğurlarının səbəblərini araşdırmışdır.
Çin iqtisadiyyatını araşdıran azərbaycanlı alimAkademik Ziyad Səmədzadənin "Dünya iqtisadiyyatı: Çin "iqtisadi möcüzəsi" və  "Çin qlobal dünya iqtisadiyyatında" kitabları bu ölkənin uğurlu iqtisadi inkişafının səbəblərini öyrənmək ilə bərabər, milli maraqlara cavab verən iqtisadi siyasət və sistemli iqtisadi islahatlar üçün də dəyərli mənbədir.
Ziyad Səmədzadə: Məni daim düşündürən bir məsələ var idi. Necə olur ki, zəngin təbii sərvətləri, əlverişli iqlim şəraiti olan ölkələrin çoxu həddən artıq yoxsul vəziyyətdə yaşayırlar. Lakin 1,4 milyard əhalisi olan Çin, həm əhalisinin ərzaq təhlükəsizliyini təmin edib, həm də vaxtilə yaşayış səviyyəsinə görə dünya ölkələri sırasında ən geridə qalmış bir ölkədən yüksələrək, dünyanın ən aparıcı dövlətinə çevrilmişdir. Bunun səbəbi nədir? Cavabı aşkarlamaq üçün mən Çin iqtisadiyyatı ilə dərindən məşğul olmağa başladım. Bir neçə dəfə bu ölkəyə səfər etdim, çoxsaylı məqalələr yazdım və nəhayət bu qənaətə gəldim ki, Çinin yüksəlişinin tək bir səbəbi var: düşünülmüş milli maraqlara cavab verən iqtisadi siyasət və sistemli iqtisadi islahatlar. Və bütün bunları dərindən öyrənərək bu üç kitabı nəşr etdirdim, çinli həmkarlarla beynəlxalq konfrans keçirdim. İnkişafın Azərbaycan modeli barədə fikirlərimi daha da zənginləşdirməyə nail oldum".
Çin iqtisadiyyatını araşdıran azərbaycanlı alimAkademik Fuad Qasımzadə:
"Ziyad müəllimin bu kitabı həqiqətən böyük bir monumental əsərdir. Bu kitab, nəinki iqtisad elmində, xüsusilə Azərbaycan elmi üçün böyük bir hadisədir. Çox maraqlıdır ki, bəlkə də Çinin özündə onun iqtisadiyyatını hərtərəfli təhlil edən bu qədər böyük və monumental əsər yoxdur. Burada Çinin iqtisadiyyatının bütün məsələlərinə toxunulub, onların hamısının dərindən təhlili verilib. Bu kitabın Çində də böyük uğur qazanacağına mənim heç bir şübhəm yoxdur".
Akademik Asəf Nadirov:
"Görkəmli iqtisadçı alim, akademik Ziyad Səmədzadənin "Çin qlobaldünya iqtisadiyyatında" adlı fundamental elmi monoqrafiyası nəinki Azərbaycanın iqtisadi ədəbiyyatına, bütövlükdə ölkə elminə sanballı bir töhfədir. Geniş ictimai dairələrdə rəğbətlə qarşılanan bu monoqrafiya maraqlı strukturu, ensiklopedik xarakterli ciddi elmi araşdırmaları, dərin təhlil və nəticələrin çıxarılması ardıcıllığı ilə diqqəti cəlb edir və bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, əsər uzunmüddətli gərgin əməyin bəhrəsidir".
Akademik Kamal Abdulla:
"Bir azərbaycanlı alimin Çin kimi qüdrətli ölkəyə, onun iqtisadiyyatına, bu iqtisadiyyatın bugünkü səbəblərinin nəticələrinin və gələcək strateji istiqamətlərinin təhlilinə həsr etdiyi kitab doğrudan da, çox böyük önəm daşıyır. Hesab edirəm ki, bu kitab Çini daxildən tanıtdıran bir mənbə kimi təkcə iqtisadçılarımız üçün deyil, ziyalılarımız üçün də son dərəcədə maraqlıdır".
Çin iqtisadiyyatını araşdıran azərbaycanlı alimprof. Məmmədhəsən Meybullayev:
"Monoqrafiya 60 paraqrafı özündə birləşdirən 15 fəsildən ibarət olub, 605 səhifə həcmində şərh olunmaqla, Çin iqtisadiyyatının keçmişi, hazırkı vəziyyəti, perspektiv inkişaf yolu haqqında olduqca əsaslandırılmış, məntiqi fikirlər və sistemli yanaşmalarla tədqiq olunmuşdur. Ziyad müəllim bəşər sivilizasiyasının qədim diyarında müasir dünyanın qloballaşma prosesində iqtisad elminin kəsb etdiyi xarakterik xüsusiyyətlərini açmağa cəhd etmiş və uğurlu ümumiləşdirmələr və konkret mülahizələr əsasında buna nail ola bilmişdir".
AMEA-nın prezidenti (2010) akademik Mahmud Kərimov:
"Akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən ilk alimlərdəndir. Alimin fikrincə, indi Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı özünəməxsus iqtisadi inkişaf modelivardır. XXI əsrin 10 ilə yaxın bir dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası onu deməyə əsas verir ki, müstəqil dövlətimiz məqsəd və vəzifələridəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək Azərbaycan modeli əsasında inkişaf edir".
filologiya elmləri doktoru, professor İmamvedi Əbilov:
Hörmətli Ziyad müəllim!
Siz, millətimin ictimai həyatı ilə qaynayıb-qarışan zərif təbiətli şəxsiyyət kimi
tariximizi zənginləşdirmisiniz! Yəqin ki, özünüzü heç vaxt ən uca zirvədə görməyə çalışmırsınız. Ömrün bütün mərhələlərində abır-həya, davranış təmizliyini qoruyub saxladığınıza görə ümumel məhəbbətini qazanmısınız.
…Yadıma 90-cı illərin əvvəllərində Naxçıvana dahi Heydər Əliyevə yazdığım məktubdan bir cümlə düşür: "Siz dağın zirvəsində də, dərənin dibində də böyüksünüz, ucadan görünürsünüz. Bu sözləri mən qeyd-şərtsiz Sizə də şamil etmək istərdim. Bunun üçün axtarışlar, tədqiqat aparmaq artıq işdir, çünki gərgin elmi nailiyyətlərinizin, qüdrətli alim istedadınızın bəhrəsi olan Böyük İqtisadi Ensiklopediya, Çin iqtisadiyyatına və Böyük Vətən müharibəsinə həsr olunmuş möhtəşəm əsərlərinizin hər cildini insan ömrünə müqəddəslik aşılayan "qızıl yataqlar" kimi nəzərdən keçirmək kifayətdir…
Siz həm də tariximizə hopdurulmuş qara örtüyü onun üstündən kənara atan həqiqət aşiqi, fədakar tədqiqatçı olmusunuz. Alimdə cəsarət çatmırsa, heyif onun ömründən itirilmiş xallara…
Qeyd etmək xoşdur ki, qələmə aldığınız hər mövzunu son nöqtəsinə qədər ilhamla izləyir, uğurlu təşəbbüsü axıradək ram edirsiniz. Soruşuram: tarixi də, dili də, dini də, əlifbası da, adət və ənənəsi də bizimkinə oxşamayan Çini bizimlə dostlaşdıran Sizin qələminiz və mühakiməniz deyilmi?! Düzdür, siyasi xadimlərin, diplomatların
Çinlə əlaqəmizin yaranmasında müəyyən xidmətləri var, lakin onların heç biri həmvətənlərinə "Çin qlobal dünya iqtisadiyyatında" adlı nəhəng elmi əsər bəxş etməmişdir.
…Ziyad Səmədzadə ona görə ümümxalq mehri-məhəbbətini qazanmışdır ki, nəhəng
elmi uğurları, gündəlik rəftarı ilə millətin qüruruna yeni məzmun əlavə edir, əxlaqi sərvət kimi tariximizi zənginləşdirir. / banker.az

Maraqlı     Tarix: 23 iyun 2025

Oxşar xəbərlər

Agile-in böyük illüziyası: sənaye mühəndislik elmini orta əsr empirizminə necə dəyişdi?

Son onilliklərdə İT sənayesi "qalib gəlmiş Agile" paradiqması daxilində yaşayır. Onun effektivliyinə yönələn istənilən şübhə dərhal "köhnəlmiş şəlalə modelinə" bağlılıq kimi damğalanır. Lakin məsələy

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Britaniya Yunanıstanın iqtisadi bərpa təcrübəsindən nə öyrənə bilər

Yunanıstanın böhrandan sonrakı dirçəlişi göstərir ki, hökumət dövlət aktivlərini investisiyaların hərəkətverici qüvvəsinə çevirə və bunu istiqraz bazarlarını qorxutmadan edə bilər. Böyük Britaniya artıq on ildir dərin iqtisad

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

"Sürətli dofamin düşmən deyil": "həzz hormonu" haqqında beş mif

Sosial şəbəkə lentini skroll etməyin və vertikal kontentə baxmağın beyin üçün zərərli, səy tələb edən məşğuliyyətlərin — məsələn, kitab oxumağın və canlı ünsiyyətin isə faydalı olduğu düşünülür. Sosial şəbəkələrdə guya "ucuz"

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind


iqtisadi xeberler biznes xeberleri bank faizleri dollar kursu online pul qazanmaq