Çin "TikTok"un ABŞ-da satılması yerinə qadağan olunmasını seçib
Çin rəsmiləri ABŞ-da "TikTok"un məcburi satışının qarşısını alacaqlarına söz veriblər.
Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, "ByteDance" rəsmi orqanlardan siqnallar alıb ki, Pekin ABŞ-da sosial şəbəkənin qadağan edilməsini ən əlverişli variant hesab edir.
Bu, Çin şirkətini ümidsiz vəziyyətdə qoyub. Belə ki, martın 13-də Amerika Konqresinin Nümayəndələr Palatası "TikTok"un satışını, satışı mümkün olmasa qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Layihə Senata göndərilib, ABŞ prezidenti Cozef Bayden sənəd qəbul ediləcəyi təqdirdə onu imzalayacağına söz verib.
Bu həftə Çinin Ticarət Nazirliyi ABŞ-dan "TikTok"a əsassız təzyiq göstərməyi dayandırmağı tələb edib, Çin qanunlarına və qaydalarına ciddi şəkildə əməl etməli olduğunu söyləyib.
ABŞ-ın keçmiş maliyyə naziri, hazırda "Liberty Strategic Capital" özəl investisiya şirkətinə rəhbərlik edən Stiven Mnuçin investorlar konsorsiumunu toplayaraq "TikTok"u almağa hazır olduğunu açıqlayıb.
"WSJ"in məlumatına görə, əgər sövdələşmə baş tutsa, onun dəyəri 100 milyard dollardan az olmayacaq. "TikTok"un ABŞ-dakı gəliri 2023-cü ildə təxminən 20 milyard dollar təşkil edib. / banker.az
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin