Çin və Türkiyə – Rusiya üçün vəziyyətdən çıxış ümidi
Pandemiya və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə dünya iqtisadiyyatında və ərzaq təhcizatında ciddi problemlər yaradıb. Bundan əlavə bir sıra ölkələrdə bank sistemləri ağır vəziyyətdir. Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya tərəfdaş ölkələrdə, misal üçün Türkiyə və Çinin banklarında müxbir hesabları açmağa çalışır. Ancaq bu həm Türkiyə, həm də Çin üçün risklidir. Çünki Kremlə qarşı sərt sanksiyalar tətbiq edən Qərb ölkələri Rusiya bankları ilə əməkdaşlıq edən ölkələri də xəbərdar ediblər.
Bakıda mənzillənən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, bu baxımdan Ankara qərar verməyə tələsməyəcək. Digər tərəfdən Çindəki banklar da Rusiya ilə əməkdaşlığa meyl etmədən ciddi problemlərlə üz-üzə qalıblar.
Çinin bəzi əyalətlərində bankların müştərilərinin etirazları qeydə alınıb. Etirazçıların qarşısını almaq üçün tanklardan belə istifadə olunub. Elxan Şahinoğlu deyir ki, Çin rejimi etirazları yatırtmaq üçün sonuncu dəfə tanklardan 1989-cu ildə istifadə edib. Həmin il Pekin paytaxtın ən böyük Tyananmen meydanında tələbələrin siyasi islahatlar tələbinə qarşı ordunu və tankları küçələr çıxarmış, nəticədə bu günə qədər sayı bəlli olmayan insan həlak olmuşdu.
Çinin bir neçə iri bankı müştərilərinin depozitlərini qaytarmaq imkanında deyil. Dondurulmuş hesabların miqdarı 6 milyard dollardır. Əlbəttə, böyük valyuta imkanlarına malik olan hökumət banklara müştəriləriylə hesablaşmağa vəsait ayıra bilər. Ancaq bu halda hökumət başqa bankları da xilas etmək üçün eyni üsuldan istifadə etmək məcburiyyətində qalacaq ki, problemin miqyası artacaq.
İqtisadi ekspertlər yaranan problemi daşınmaz əmlak bazarındakı ağır durumla əlaqələndiriblər. Əmlak bazarında durğunluq tikinti şirkətlərinin borclarının artmasına səbəb olub. Şirkətlər banklara olan borclarını qaytara bilmirlər. İpoteka kreditləri də qaytarılmır.
Çində artan iqtisadi problemlər insanların alıcılıq qabiliyyətinə də mənfi təsir edib. "Financial Times" dərgisinin yazdığına görə, çinlilər son istifadə tarixi bitməkdə olan ərzaq məhsullarını kütləvi surətlə alırlar. Çinlilər bu yolla maliyyə vəsaitlərinə qənaət etməyi düşünürlər. Çində son istifadə tarixi bitməkdə olan ərzaq məhsullarını satan ixtisaslaşmış dükanların sayı artıb. Misal üçün il ərzində Çində 119 belə dükan açılıb. Halbuki, 10 il ərzində ölkədə cəmi 92 belə dükan açılmışdı. Belə dükanlara kasıb ailələrlə yanaşı orta təbəqə də maraq göstərir. Çində aylıq 600 dollar maaşı olan şəxslər orta təbəqə nümayəndələri sayılırlar.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Cash Back nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın ən çox maaş verən şirkətləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt