Çin XİN: ABŞ-ın xarici siyasəti Corc Floydun qətlinə bənzəyir
ABŞ-ın dünyanın digər ölkələri ilə bağlı yürütdüyü xarici siyasət Corc Floydun qətlinin necə baş verdiyinə bənzəyir. Bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin deyib.
Banker.az bu barədə "RG.ru"ya istinadən xəbər verir.
"Biz ABŞ-ın özünü "dünya jandarmı" hesab etməsinə və digər ölkələrlə Corc Floyd kimi rəftar etməsinə icazə verə bilmərik", – Çunyin sosial mediada yazıb. O, izah edib ki, Vaşinqtonun öz istəklərini rəhbər tutaraq başqa ölkələri qorxutmağa və boğmağa haqqı yoxdur.
Qeyd edək ki, daha əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər edib və orada yerli administrasiya rəhbəri ilə görüşüb. Pekin Vaşinqtonun hərəkətinə kəskin etiraz edib. Bundan əlavə, Çin ordusu ada ərazisində hərbi təlimlərə başlayıb.

Qızıl gətir, sərfəli kredit götür
Azər Türk Bank-ın Şəhid əməkdaşı ordenlə təltif edilib
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
IMEI kod nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən varlı 10 adamı