Çindəki "gig iqtisadiyyatı" 200 milyon işçi – Bu özündə hansı riski daşıyır?
Çin əmək bazarında böyük transformasiya yaşayır: kəndlilərə və zavod işçilərinə əlavə olaraq artıq 200 milyon nəfər (şəhər işçi qüvvəsinin 40%-i) əlavə qazanc məqsədilə işləyir.
Banker.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazır.
"Gig iqtisadiyyatı" (ing. gig economy) – ənənəvi daimi iş yerlərindən fərqli olaraq, qısamüddətli müqavilələrə və ya müstəqil podratçı kimi görülən işlərə əsaslanan iqtisadi modeldir. Burada insanlar daimi işçi kimi deyil, layihə, sifariş və ya "iş başına" əmək haqqı müqabilində çalışırlar.
Nəşr yazır ki, "Super tətbiqlərin" inkişafı ölkəni "gig" iqtisadiyyatının dünya liderinə çevirib. Ölkədə 84 milyon nəfər taksidən tutmuş çatdırılmaya qədər müxtəlif platformalarda çalışır.
Əlavə işlər sənayeyə də yayılıb – fabrik işçilərinin üçdə biri "tələbat əsasında" işləyir. Bu, şirkətlərə çeviklik, işçilərə isə daha çox qazanmaq imkanı versə də, böyük risklər yaradır: sabitliyin olmaması bacarıq qazanmağa, mənzilə, dövlət xidmətlərinə çıxışa mane olur, ailə qurmanı çətinləşdirir və demoqrafik böhranı dərinləşdirir.
Çinin təcrübəsi göstərir ki, əlavə işləri sadəcə qadağan etmək mümkün deyil – alternativ çox vaxt işsizlikdir, deyə bildirilir. Hazırda dövlətlərin vəzifəsi sosial müqaviləni adaptasiya etməkdir: pensiyaları daşınan etmək, alqoritmləri yumşaltmaq, sosial təminatları genişləndirmək. Bu, xüsusilə sərvəti kifayət qədər olmayan, amma sürətlə qocalan Asiya ölkələri üçün həyati əhəmiyyət daşıyır.

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes təlimlər və tədris üsulları
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları