Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunub.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.
Bildirilib ki, sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır.
"Nəzərinizə çatdıraq ki, 12 yanvar 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.
Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.
Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "Times Higher Education", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il "TOP 10" sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.
Dövlət Proqramına seçim meyarları, müraciət üçün tələb olunan sənədlər və sənəd nümunələri ilə yerləşdirilmiş keçidlər vasitəsilə tanış olmaq mümkündür.
Sənəd qəbuluna dair təlimat videosunu izləmək üçün linkə keçid edin.
Dövlət Proqramına müraciət etmək üçün klikləyin", - məlumatda qeyd olunub.

Azərbaycan İnvestisiya Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov vəzifəsindən uzaqlaşdırıldı
SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb
FINCA-dan kredit bazarında yeni strategiya: Filial, mobil tətbiq və AI birlikdə işləyəcək
Azərbaycanda iri şirkətlərin etdiyi - 3 ÖLÜMCÜL SƏHV
PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır
Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK
PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır
Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib
Dünyanın ən varlı 10 müğənnisi
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Necə Bitcoin almaq olar?