Çindən Mərkəzi Asiyaya böyük DƏSTƏK: 4 milyard dollar ayırdı

Çindən Mərkəzi Asiyaya böyük DƏSTƏK: 4 milyard dollar ayırdıPekin Mərkəzi Asiya dövlətlərinə 26 milyard yuan (təxminən 3,72 milyard dollar) məbləğində maliyyə dəstəyi və təmənnasız yardım verəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Mərkəzi Asiya-Çin Sammitində çıxışı zamanı Prezident Si Cinpin deyib.
"Biz elm və texnologiya vasitəsilə yoxsulluğun azaldılması sahəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq planları hazırlayacağıq. Çin tərəfindən maliyyələşdirilən müəssisələr daha çox yerli iş yerləri yaratmağa təşviq ediləcək. Çin Mərkəzi Asiya ölkələrinə 26 milyard yuan (təxminən 3,72 milyard ABŞ dolları) maliyyə dəstəyi və qrant verəcək", – Çin sədri deyib.
O bildirib ki, Pekin Mərkəzi Asiya ölkələrinə müdafiə qabiliyyətini gücləndirməyə kömək etməyə hazırdır:
"Biz Mərkəzi Asiya dövlətlərinə təhlükəsizlik və müdafiə sahəsində potensialını gücləndirməyə kömək etməyə və ölkələri terrorizmlə mübarizə səylərində dəstəkləməyə hazırıq".
Si Cinpin həmçinin qeyd edib ki, Çin Əfqanıstanın sülh yolu ilə yenidən qurulmasına kömək edəcək.
Qeyd edək ki, mayın 18-19-da Sian şəhərində Si Cinpinin sədrliyi ilə Çin-Mərkəzi Asiya Sammiti keçirilir. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan lideri Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan lideri Sərdar Berdiməhəmmədov iştirak edir.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 19 may 2023

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler pul qazanmaq dollar məzənnəsi birbank bitkoin qiymeti