"Çıraq"dan 25 ildə 100 mln. tondan artıq neft hasil edilib

Bu gün "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) hasilata başladığı ilk platforma – Çıraqdan ilk neftin əldə olunmasının 25 ili tamam olur. O vaxtdan bəri "Çıraq" platforması ümumilikdə təqribən 766 mln. barel (103 mln. ton) neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir.
Bu barədə AÇG layihəsinin operatoru olan Böyük Britaniyanın BP şirkətindən məlumat verilib.
"Çıraq ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi və etibarlılıq göstəriciləri ilə istismardadır və hələ uzun illər boyunca da işləyəcək", – məlumatda qeyd olunur.
Məlumata görə, o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 3,4 mlrd. bareldən artıq (təqribən 460 mln. ton), Çıraqla birlikdə isə 4,2 mlrd. barel (562 mln. ton) neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edib.
AÇG-dən hasil olunmuş neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunur. Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 mlrd. barel xam neft nəql edilib və bu neft 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib. / banker.az

Xəbərlər     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler biznes ideyalari rubl mezenne biznes xeberleri valyuta kurslari