"Citibank" ABB-yə xətt açdı – Sədrdən açıqlama
Dünyanın nəhəng maliyyə qurumlarından olan Citibank ABB-yə beynəlxalq ticarətin maliyyələşdirilməsi üzrə örtüksüz xətt açıb. Bu barədə məlumatı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün Facebook səhifəsində paylaşıb:
"Xoş bir xəbəri sizinlə bölüşmək istərdim. Dünyanın aparıcı maliyyə qurumlarından olan ABŞ bankı Citibank uzun dönəmdən sonra ilk dəfə ABB-yə beynəlxalq ticarətin maliyyələşdirilməsi məqsədli örtüksüz xətt açıb.
Artıq bu xətt çərçivəsində ilk əqd də bağlanıb, korporativ müştərilərimizdən biri 9.5 mln. ABŞ dolları məbləğində sənədli əməliyyat imkanından faydalana bilib. İlk əməliyyatın infrastruktur layihələrinə aid olması xüsusilə əhəmiyyətlidir" – Abbas İbrahimov yazıb.
ABB-nin İdarə Heyətinin sədri paylaşımında onu da qeyd edib ki, Citibank-ın Banka açdığı böyük məbləğdə kredit xətti ölkəmizin bank sektoruna olan inamın, ABB-nin dayanıqlı maliyyə vəziyyətinin və artan nüfuzunun daha bir göstəricisidir.
Qeyd edək ki, Citibank kimi böyük şəbəkəyə malik bankdan örtüksüz xəttin olması ABB-nin müştəriləri olan şirkətlərin, sahibkarların qlobal bazarlardan aldıqları məhsul və xidmətlər üzrə əqdlərin maliyyələşdirilməsi imkanlarını genişləndirir. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Shopify-da necə satışa başlamaq olar?
Evdə biznes qurmağın yolları
Layihə menecmenti nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?