Çox danışılacaq "Huawei" D seriyası MateBooklar indi "Kontakt" da sərfəli şərtlərlə

Çox danışılacaq ®Eksklüziv innovasiyalarla təchiz olunmuş "Huawei" "MateBook"larının D seriyası yalnız sentyabrın sonunadək "Kontakt" mağazalarında ilkin ödənişsiz, faizsiz ayda cəmi 109 manatdan başlayan qiymətlərlə cibinizi sevindirəcək. Gəlin modellərin ən cəlbedici funksiyalarına birlikdə göz gəzdirək.  
"Huawei" MateBook D16: Süni intellekt dəstəyi D16 modeli ilə texnologiya sevərlərə təqdim edildi. Klaviatura artıq rəqəmsaldır və istifadəni dəstəkləmək üçün yeni funksiyalarla təchiz edilmiş şəkildə çalışır. Daha yaxşı simsiz internet performansı üçün antena texnologiyası metala quraşdırılmışdır. 
MateBook D16 2022-də modelində ilk dəfə olaraq 16:10 ekran nisbətindən istifadə edilib. Qızıl nisbət kimi tanınan bu ölçü həm multimedia istifadəsi, həm də biznes ehtiyacları üçün çox uyğundur, ekranın ölçüsü isə 16 düymdür. Ekran-gövdə nisbəti isə sözügedən modeldə 90%-dir. İlk baxışdan ekran çərçivələrinin nə qədər incə olduğu gözə çarpır. 
Ekran üçün ikiqat göz rahatlığı sertifikatı alınıb. Onlardan biri "TÜV Rheinland" aşağı mavi işıq sertifikatı, digəri isə "DC Dimming Flicker Free" sertifikatıdır. Beləliklə, ekran həm göz yorucu mavi işığı azaldır, həm də gözləri yorucu olan titrəmələrdən qoruyur. 
"Huawei"in noutbukda istifadə etdiyi ilk 1080p AI kamerası isə yeni funksiyalarla olduqca effektiv çalışır. Süni intellekt dəstəyi sayəsində kameranız açıq olduqda virtual fon əlavə edə bilərsiniz. Bu yolla video zənglərdə daha peşəkar görünməklə yanaşı, məxfiliyinizi də qorumaq mümkündür. 
"Huawei" rəqəmsal klaviatura bölməsini fərdiləşdirdi və üzərinə 4 fərqli funksiya gətirdi. Bunlardan biri kameranı söndürmək üçün istifadə olunur, digərləri isə kalkulyatora sürətli girişi təmin edir, AI Axtarışı ilə kompüterdə axtarış edir və pəncərələri masaüstünə endirir. 
Bu notbuk geniş quruluşuna baxmayaraq kifayət qədər yüngüldür; çəkisi cəmi 1,7 kq-dır. Qalınlığı isə sadəcə 18,4 mm-dir. 
Modelin texniki heyətində də bir çox yeniliklər edilib. Əvvəla, noutbukun 12-ci nəsil Intel H seriyalı prosessoru ilə təchiz olunması performans baxımından çox yaxşı addımdır. Bu prosessor 14 nüvəli olduğu üçün onlardan 6-sı performans, digər 8-i isə səmərəlilik yönümlüdür. Buradakı performans yönümlü 6 nüvə intensiv tapşırıqlar üçün, kiçik enerjiyə qənaət edən nüvələr isə gündəlik tapşırıqlar üçün istifadə olunur. Səmərəliliyə diqqət yetirərək 3,50 GHz tezliyində işləyən prosessor tam yüklə 4,70 GHz takt sürətinə çata bilir.
Noutbukda texniki heyətin digər komponentləri kimi 16 GB RAM və 512 GB PCI SSD istifadə edildiyini deyə bilərik. Beləliklə, həm RAM, həm də SSD üçün kifayət qədər dəstək təmin edilib.
65 Vt gücündə "charge" edə bilən "SuperCharge" dəstəkli enerji cihazının yığcam ölçüsü sayəsində siz onu hər zaman özünüzlə asanlıqla daşıya bilərsiniz. Bununla "Huawei" telefonlarını da doldurmaq mümkündür.
"Huawei" MateBook D15: MateBook D15-in dizaynından performansına, uzun batareya ömründən tutmuş məhsuldarlıq tətbiqlərinə qədər çox yönlü bir noutbuk olduğunu qeyd etməsək olmaz. 
Eleqant dizayn yığcam korpusla bütünləşib. Notbukun qalınlığı 16 mm, çəkisi isə cəmi 1,5 kiloqramdır. MateBook D15 15,6 düymlük FullView ekrana malikdir. 
Full HD ekran 16:9 aspekt nisbəti verir ki, bu da həm parlaqlıq, həm də kontrast cəhətdən mükəmməl görüntü effekti yaradır. Bəhs edilən model multimedia istifadəsindən məktəb ehtiyaclarına, işgüzar istifadədən işdən sonra əylənə biləcəyiniz oyunlara qədər ehtiyaclarınızı qarşılayacaq. Model 8/16 GB HDD, 256/512 GB SSD yaddaş tutumlu versiyalara malikdir. 
"Huawei" MateBook D14: Kompakt quruluş, material keyfiyyəti, biznes yönümlü istifadə, yaxşı ekran və uzun batareya ömrü notbuk alarkən əsas meyarlarınızdırsa, MateBook D14 ən optimal variantlardan biridir. 
Maksimum mobilliyi üst səviyyəyə daşımaq üçün "Huawei" MateBook D14 dizaynında bütün lazımsız həcmdən xilas oldu və nəticədə cəmi 1,38 kq çəkiyə, 15,9 mm qalınlığa sahib olduqca yüngül və kompakt bir model ortaya çıxdı. 
D14 MateBook ailəsinin ikonik FullView Ekranına malikdir. Üst və yanlarındakı 4,8 mm-lik dar çərçivələr cihaza 84% kimi bir ekran-gövdə nisbəti qazandırır. 12-ci nəsil Intel® Core prosessoru isə istifadəçiləri gücləndirilmiş əla təcrübə ilə təmin edir. Modelin öndəgələn xüsusiyyətlərindən biri də 16 GB-lıq sürətli daxili yaddaş və uzun batareya ömrüdür. Artıq videoları və şəkilləri yükləmək bir göz qırpımında baş verəcək. 
Qeyd edək ki, "Huawei" brendinin rəsmi tərəfdaşı olan "Kontakt" mağazalar şəbəkəsində brendin ən son modellərini və geniş çeşidini uyğun şərtlərlə əldə edə bilərsiniz.  / banker.az

Xəbərlər     Tarix: 26 sentyabr 2022

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı


iqtisadi xeberler iqtisadiyyat xeberleri en son xeberler investisiya depozit faizleri