Daha bir sərgidə KOB-lar üçün - ÖDƏNİŞSİZ YERLƏR AYRILIB
Məhsul və xidmətlərin geniş auditoriyaya tanıdılması, işgüzar əlaqələrin genişləndirilməsi və satış imkanlarının artırılmasına dəstək məqsədilə KOB-lar üçün yerli şirkətlərin tanıtım sərgisində də ödənişsiz yerlər ayrılıb
FED.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 8-10 iyun tarixlərində "Baku Crystal Hall"da "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunacaq.
150-dən çox şirkətin qatılacağı sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, satış imkanlarının artırılmasına dəstək, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır.
Sərgidə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend də qurulacaq. Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar 27 may 2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "Yerli şirkətlərin tanıtım sərgisi" qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilər:

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
IBAN nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Fond birjası nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?