DALL-E 2 nədir və ondan necə istifadə etmək olar? – Təlimat
DALL-E 2 – Amerikanın "OpenAI" şirkəti tərəfindən yaradılmış süni intellekt platformasıdır və öz sahəsində ən populyarlardan biridir. O, mətn təsvirləri əsasında unikal şəkillər yaratmaq üçün nəzərdə tutulmuşdur.
DALL-E 2-nin mühüm xüsusiyyəti ondan ibarətdir ki, burada siz şəkil yükləyə və mətn göstərişlərindən istifadə edərək onu redaktə edə bilərsiniz. DALL-E 2 platforması sizə real fotoya bənzəyən heyrətamiz şəkillər yaratmağa, həmçinin onlara müxtəlif effektlər əlavə etməyə imkan verir. Alət "Midjourney"ə çox bənzəyir, lakin daha geniş funksionallığa malikdir.
DALL-E 2-ni necə istifadə etmək olar?
Qeyd etmək vacibdir ki, DALL-E 2 kredit sistemindən istifadə edir. Bu o deməkdir ki, siz istifadənin ilk ayında 50-yə qədər pulsuz şəkil düzəldə bilərsiniz, sonra isə qeydiyyat günü hər ay daha 15 kredit alacaqsınız. İşə başlamaq üçün ilk olaraq bu sayta daxil olmalısınız.
Növbəti mərhələdə açılmış sətrdə ingilis dilində (rus dilindən də istifadə edə bilərsiniz, lakin ingilis dilində nəticə daha dəqiq olacaq) yaratmaq istədiyimiz şəklin təsvirini yazırıq və sonra şəkil yaratmaq üçün "Generate" düyməsini sıxırıq.
Bəs öz şəklinə oxşar şəkillər yaratmaq və ya edit etmək üçün nə etməliyik?
Şəkildə qeyd edildiyi kimi, "upload an image" düyməsini sıxırıq və istədiyimiz şəkili yükləyirik. Daha sonra "Generate variation" funksiyası vasitəsi şəklimizin müxtəlif variantlarını yaradırıq.
Müxtəlif elementlər əlavə etməklə, şəkillərinizin keyfiyyətini yaxşılaşdıra bilərsiniz. Bu funksiya təcrübə, redaktə və müxtəlif variantlardan seçim etmək üçün çoxlu imkanlar verir. Yeganə məhdudiyyət kreditlərin sayıdır, lakin bu, gözəl əsərlər yaratmaq üçün maneə deyil.
DALL-E 2 neyron şəbəkəsinin mənfi cəhətləri
Geniş funksionallığına baxmayaraq, DALL-E 2 neyron şəbəkəsinin mənfi cəhətləri çoxdur. Neyron şəbəkə bəzən orijinal şəkilləri nümayiş etdirməklə, müəllif hüquqlarını pozur.
Bununla əlaqədar olaraq tövsiyə olunur:
– çox detallı uzun sorğular verməyin;
– sorğularda dar peşəkar və konkret terminlərdən istifadə etməyin;
– sorğularda inkardan istifadə etməyin.
Düzgün sorğu yaratmaq üçün "Promptomania", "Phraser", "Prompter", "Prompt helper" və ya "Noonshot" kimi xidmətlərdən istifadə edə bilərsiniz. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Evdə biznes qurmağın yolları
"Coca-Cola" haqqında 5 maraqlı fakt
SWIFT nədir?
Ev şəraitində pul qazanmağın yolları
ZARA-nın uğur hekayəsi