Dələduzluq piramidası ilə 10 minə yaxın vətəndaşı aldadıblar - Saxta kriptovalyuta satıblar - MƏHKƏMƏ

Dələduzluq piramidası ilə 10 minə yaxın vətəndaşı aldadıblar - Saxta kriptovalyuta satıblar - MƏHKƏMƏ"OCOS" beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
"WhatsApp"da piramida qurdu, 100 nəfəri aldatdı - MƏHKƏMƏ
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Xəyal Yaxyayevin 15 il, Gülara Abdullayeva və Yeganə Məmmədovanın isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.
Qeyd edək ki, Xəyal Yaxyayev, Gülara Abdullayeva və Yeganə Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında kriptovalyuta satmaq adı ilə vətəndaşları aldadaraq onların pul vəsaitlərini ələ keçirməkdə ittiham olunublar.
Müəyyən edilib ki, Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və digər şəxslər ölkə daxilində "İnsuccess" adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar "OCOS" beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə təbliğatını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.
Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə, əslində, mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.
Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif ediblər, ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.
Gülara Abdullayeva, Xəyal Yaxyayev və Yeganə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Kriptovalyuta     Tarix: 21 fevral 2024

Oxşar xəbərlər

"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donal

"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,87% artaraq 83 510,9

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14

"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,57% azalaraq 82 815,3


iqtisadi xeberler biznes krediti bitcoin qiymeti biznes xeberleri dollar manat kursu