"Deloitte Azərbaycan"da iki direktor - TƏYİN EDİLİB

"Deloitte Azərbaycan" Rəna Xəlilovanın biznes proseslərin həlləri üzrə direktoru və Aslan İbrahimovun isə risk məsləhətçisi direktoru vəzifəsinə təyin edildiyini elan edib.
"Azərbaycan Sənaye Korporasiyası"nda - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkət bununla bağlı elan verib.
Rəna Xəlilovanın 20 ildən çox peşəkar təcrübəsi var, əsasən mühasibat uçotu, maliyyə, vergi işinin təşkili və əməkhaqqı üzrədir. O, "Deloitte Azərbaycan"ın Vergi və Hüquq təcrübəsi çərçivəsində Biznes prosesləri həlləri qrupuna rəhbərlik edir. Rəna Xəlilova vergi uyğunluğu, IFRS hesabatları, mühasibat xidmətləri, əmək haqqı, maliyyə proseslərinin dizaynı və tətbiqi, mühasibat uçotu və əmək haqqı proseslərinin ERP sistemləri ilə inteqrasiyası sahəsində təcrübəyə malikdir. O, Mühasiblər Assosiasiyasının üzvüdür.
Aslan İbrahimov zəmanət, məsləhət və konsaltinq sahəsində təcrübəyə malikdir. O, risklərin idarə edilməsi, daxili nəzarətin həyata keçirilməsi və biznes proseslərinin yenidən təşkili, eləcə də korporativ idarəetmə sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O "Deloitte" şirkətinin Azərbaycanda davamlı inkişaf təcrübəsinə rəhbərlik edir. Onun müştəriləri portfelində iri dövlət və özəl şirkətlər, maliyyə institutları, telekommunikasiya və neft-qaz şirkətləri var.
Xatırladaq ki, "Deloitte & Touche" Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti  2002-ci ildən Azərbaycanda fəaliyyətdədir. Ölkədə fəaliyyətdə olan digər hüquqi şəxs kimi "Deloitte & Touche Regional Concultinq Services Limited" Şirkətinin filialıdır.

Biznes     Tarix: 06 iyun 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun