"Deutsche Bank" kriptovalyutaların saxlanması xidmətini işə salacaq
Almaniyanın ən böyük bankı "Deutsche Bank" bir neçə həftə ərzində ilk rəqəmsal aktiv xidmətini istifadəyə verməyi planlaşdırır. Platforma ilkin mərhələdə müştərilərə bitkoin və efirium kimi kriptovalyutaları bankda saxlamaq imkanı yaradacaq.
Banker.az "Reuters"ə istinadən xəbər verir ki, bunu bankın korporativ bankçılıq bölməsinin həmsədri Gerald Podobnik bildirib. Xidmət əvvəlcə Almaniyada fəaliyyətə başlayacaq, gələn il isə Asiyanın maliyyə mərkəzlərinə genişləndirilməsi nəzərdə tutulur.
Sonrakı mərhələdə bank müştərilərə vəsaitlərini geniş istifadə olunan stabilkoinlərə çevirmək və geri qaytarmaq üçün xidmətlər təklif etməyi planlaşdırır. "Deutsche Bank" həmçinin tokenləşdirilmiş depozitlər təqdim etmək və rəqəmsal istiqrazlar kimi blokçeyn əsaslı qiymətli kağızların buraxılışında müştərilərə kömək etmək istəyir.
Podobnikin sözlərinə görə, bu addımlar bankın korporativ bankçılıq gəlirlərini 2028-ci ilədək hər il orta hesabla 8% artırmaq strategiyasının bir hissəsidir.
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə
İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür. Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİM
Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Yelo Bank 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində Bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapital göstəricilər
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl
IMF Azərbaycan Mərkəzi Bankına tövsiyələr verib
Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar. Missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji riskləri