Dəyəri minimum 30 milyon manat olan layihələrə, 30 illik vergi güzəştləri veriləcək

Dəyəri minimum 30 milyon manat olan layihələrə, 30 illik vergi güzəştləri veriləcək"Bir qədər detallara varsaq, ilk növbədə dövlət - özəl tərəfdaşlığına böyük həcmli vergi təşviqlərinin verilməsini qeyd etmək istərdim. Dövlət - özəl tərəfdaşlığı layihələri dedikdə, dəyəri minimum 30 milyon manat olan layihələr nəzərdə tutulur. Yəni 30 milyon manat üzərində olan layihələr böyük investisiya tələb edir. Təbii ki, böyük investisiya paralel olaraq məşğulluq yaradır. Bu proseslərin icrasını həyata keçirən podratçı, subpodratçı şirkətlərin aktivliyini artırır. Bu baxımdan dövlət - özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə 30 il müddətinə vergi güzəştləri veriləcək".
Marja.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketini şərh edərkən deyib. 
Dəyəri minimum 30 milyon manat olan layihələrə, 30 illik vergi güzəştləri veriləcəkİmanov qeyd edib ki, bu güzəştlər ödəyicini məhz birbaşa vergilərdən, yəni mənfəət, gəlir, əmlak və torpaq vergisindən tam həcmdə azad edir. Eyni zamanda, bu investisiyaların qoyuluşu ilə bağlı əsas vəsaitlər, fondların idxalı da ƏDV-dən və rüsumlardan tamamilə azad edilir. Bununla yanaşı, bu güzəştlərin tətbiqi alternativ enerji istehsalı layihələrinə münasibətdə də tətbiq edilir. 
"Bildiyiniz kimi, investisiyaların cəlbediciliyini artırmaq üçün yerli avtomobil sənayesində minik avtomobillərinin istehsalı ƏDV-dən azad edilib. Bu dəyişikliklərdə paralel olaraq avtobusların istehsalının da ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Yəni istehsalçı tərəfindən istehsal etdiyi avtobusların satışı ƏDV-dən azad edilir. Eyni zamanda, bu istehsal prosesi ilə bağlı idxal olunan xammal materialları, yəni avtobusun ehtiyat hissələrinin idxalı ƏDV və rüsumlardan azad edilir. 
Dəyişikliklərdə investisiya mühiti ilə yanaşı, əlverişli vergi mühitinin də təşviq edilməsi məsələsi mühüm istiqamətlərdən biridir ki, bu da daha çox tibbi turizm və mədəniyyət sektoru ilə bağlıdır. Tibbi turizmdə yerli klinikalar tərəfindən əcnəbilərə göstərilən xidmətlərdə ƏDV tətbiq olunur. Xarici turizmin, yəni xarici qonaqların daha çox ölkəyə məhz tibb sahəsində marağını təşviq etmək baxımından onların ödədiyi ƏDV-ni ölkəni tərk edərkən "Tax Free" rejimində geri almaq imkanları olacaq. Bu, tibbi turizmlə bağlı bizim səhiyyə sektoru ilə həyata keçirdiyimiz müzakirələr zamanı formalaşan təkliflərdən irəli gəlib, təhlil və qiymətləndirmələr nəticəsində müvafiq təşviqlərin verilməsi qərara alınıb. Mədəniyyət sektoruna da toxunmaq istərdim. Çünki mədəniyyət sektorunda bu günə qədər kino istehsalı və dublyaj sənayesinə münasibətdə 75 faiz vergi güzəşti nəzərdə tutulub. Hazırda bu güzəştin əhatə dairəsi 90 faizə qaldırılır. Bu güzəşt beş il müddətinə tətbiq ediləcək. Eyni zamanda, mədəniyyət sektorunda subyektlərin dairəsi də genişləndirir. Yəni artıq burada muzey, teatr, simfonik orkestr fəaliyyəti və filmə münasibətdə isə film prodüserlərinə də mənfəət və gəlir vergisi üzrə güzəştlər beş il müddətinə şamil olunacaq". 

Maliyyə     Tarix: 28 noyabr 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler dollar manat kursu valyuta mezennesi iqtisadiyyat xeberleri bitcoin qiymeti