Dollar İndeksi yenidən geriləyə bilər - GÜNƏ BAXIŞ
Bazar ertəsi Almaniyada ÜDM-in keçən ilin son rübündə proqnozlaşdırılandan daha zəif açıqlanması avronun qiymətinin ucuzlaşmasına səbəb oldu.
Avropanın ən güclü iqtisadiyyatının kiçilməsi AMB-nin inflyasiyanın aşağı salınması istiqamətində qərarlarının doğru olduğunu göstərir.
Bu gün Bakı vaxtı ilə müvafiq olaraq 11.00, 14.00 və 17.00-da açıqlanacaq Almaniyadan "İşsizlik səviyyəsində dəyişiklik", Avrozonada "ÜDM rüblük" və Almaniyada "İstehlak qiymətlər indeksi" (inflyasiya) göstəriciləri bazarlarda ciddi dalğalanmalara səbəb ola bilər.
Təhlillərə əsasən hazırda 101.93 bənd hədlərinə qərarlaşan Dollar İndeksi 102 bənd səviyyəsini qırqıra bilməsə, yenidən geriləyə bilər. Bu da EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.09$ və 1.24$ səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.
Hal-hazırda dolların bahalaşması fonunda qızıla tələb müvəqqəti azalmışdır. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1915$ səviyyəsini qırsa, eniş tendensiyası 1907$ və 1900$-a qədər davam edə bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Shopify-da necə satışa başlamaq olar?
Evdə biznes qurmağın yolları
Layihə menecmenti nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?