Dollar/TL məzənnəsi bir daha rekord yenilədi
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini azaltdığını açıqladıqdan sonra Türk lirəsi dollar qarşısında daha da ucuzlaşıb.
Marja xəbər verir ki, Dollar/TL məzənnəsi 18,40-ı . Avro/TL məzənnəsi də 18,20-ni keçib.
Faiz qərarı açıqlandıqdan sonra Dollar/TL məzənnəsi 18,4026 səviyyəsini test edib.
FED-in dünən açıqladığı faiz endirimi ilə əlaqədar olaraq Dollar/TL məzənnəsi günə artım trendi ilə başlayıb. FED-in qərarı ilə dollar indeksi son 20 ilin ən yüksək səviyyəsinə qalxıb və inkişaf etməkdə olan ölkələrin valyutaları dollar qarşısında ucuzlaşıb.
20 dekabr 2021-ci il tarixində Dollar/TL 18.36 səviyyəsini görərək rekord qeydə alınmışdı. Bu gün məzənnə rekordunu yeniləyib.
Fed-in dünən ardıcıl üçüncü dəfə faizini 75 bənd artıraraq 3,00-3,25 faizə yüksəltməsi faiz dərəcələrinin ilin qalan hissəsində də yüksəldilməsinin davam edəcəyini göstərir.
Türk lirəsi aprelin sonundan bu yana 19 faizə yaxın, ilin əvvəlindən 28 faizə yaxın, son bir ildə isə 54 faiz dəyər itirib.
Türk lirəsi ötən il 40 faizdən çox dəyərini itirib. / marja.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Necə Bitcoin almaq olar?
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?