Dollar üzərində təzyiqlər artıb - GÜNƏ BAXIŞ
Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin növbəti faiz həmləsi ehtimallarını qiymətləndirilməyə başlayıb. Beləki, investorlar bankın fevral ayında faiz artımının həcmini 25 baza bəndinə qədər endirə biləcəyi ehtimallarını ön plana çıxarırlar.
Analitiklər, valyuta bazarlarında qiymətlərin formalaşmasında ABŞ-da iqtisadi aktivliyin səngiməsi səbəbilə FED-in faiz artımlarını hətta tezliklə bitirəcəyi ilə bağlı proqnozlar səsləndirirlər. Bu da öz növbəsində dollar üzərində təzyiqləri artırır.
Təhlillərə əsasən hazırda 101.50 bənd hədlərində qərarlaşan Dollar İndeksi 100 bənd hədlərinə kimi geriləyə bilər. Bu da EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.0950 və 1.2500 səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1932$ həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1942$ və 1950$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Shopify-da necə satışa başlamaq olar?
Evdə biznes qurmağın yolları
Layihə menecmenti nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?