Dolların güclü olmasının 3 səbəbi
Dolların dünya valyutalarına nisbətdə müəyyən dəyişkənliyi heç də onun çökmək üzrə olduğu demək deyil.
Marja-nın ekspertlərə istinadən verdiyi məlumata görə, bu gün dollar imperiyasının sonu haqqında danışmaq tezdir, çünki dünya valyuta ehtiyatlarının təxminən 60%-i bu valyutada cəmləşib.
Ekspertlərin sözlərinə görə, dollar bir neçə səbəbə görə möhkəm qalır. Birincisi, dünya valyutası kimi bir pul vahidinin olması daha əlverişlidir. Müsbət rəy burada işləyir: "əgər əksəriyyət dollardan istifadə edirsə, mənim üçün də dollardan istifadə etmək faydalıdır".
İkinci səbəb - dünya valyutasının arxasında böyük iqtisadiyyat dayanmalıdır. ABŞ Dollarının arxasında Dünyanın ən böyük iqtisadiyyatı dayanıb. Yapon yeni lider ola bilməz, çünki Yaponiyanın ÜDM-i dünya iqtisadiyyatının cəmi 6%-ni təşkil edir.
Üçüncü səbəb odur ki, əsas dünya valyutası sabit olmalıdır. Bu isə o deməkdir ki, belə valyutanın etibarlı və sabit tarixi olmalıdır.
Bu 3 səbəbə görə, yaxın 5-10 ildə dolların başqa valyuta ilə sıxışdırılmasını çətin gözləmək olar, lakin bu o demək deyil ki, ölkələr sərfəli alternativlərdən imtina edəcəklər. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt