Dolların ucuzlaşması sürətlənir: Avro son 3 ilin ən yüksək səviyyəsində
ABŞ və Çin arasında ticarət müharibəsində gərginlik artır. Çinin ABŞ mallarına tətbiq etdiyi tarif dərəcəsini 125 faizə qaldırdıqdan sonra dolların ucuzlaşması sürətlənib.
Marja xəbər verir ki, Çin cavab tədbirlərini gücləndirdiyi üçün Avropa İttifaqının (Aİ) valyutası olan avro dollar qarşısında son 3 ilin ən yüksək səviyyəsinə çatıb. Avro ABŞ dollarına nisbətdə 1,45 faiz bahalaşaraq 1,1473-ü görüb. Dollar İsveçrə frankı qarşısında 1,2 faiz ucuzlaşaraq 0,81405 olub ki, bu da 2015-ci ilin yanvarından bəri ən aşağı göstəricidir.
Bazarlarda iqtisadi narahatlıqlar var. ABŞ-Çin ticarət gərginliyi həm ABŞ, həm də Çin ilə sıx iqtisadi əlaqələri olan Yaponiya üçün birbaşa iqtisadi təhlükə yaradır.
Artan qeyri-müəyyənlik mühiti investorlar arasında riskdən yayınma meylini artırıb və bu da Yapon yenində bahalaşma təzyiqi yaradıb. Ekspert konkret hədəf səviyyəsini söyləməsə də, USD/JPY (dollar/yen) məzənnəsinin psixoloji hədd olan 140-a düşə biləcəyini deyib.
Dollar/Yen 143-dən aşağı düşüb
Günə 143,20 səviyyəsində başlayan dollar/yen məzənnəsi gün ərzində 0,87 faiz azalaraq 143 səviyyəsindən aşağı düşüb. Bazar analitikləri, təhlükəsiz sığınacaq tələbi davam edərsə, Yapon yenində bahalaşma tendensiyasının davam edə biləcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, təhlükəsiz sığınacaq olan qızıl da bahalaşır. Bu gün qızılın unsiyasının qiyməti 3250 dolları da keçərək rekord yeniləyib. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Digital Card nədir?
Bill Qeyts kimdir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznes planı necə yazmaq lazımdır?
Biznes nədir?