Dövlət büdcələrinin icrasına dair operativ məlumat

Dövlət büdcələrinin icrasına dair operativ məlumatMaliyyə Nazirliyi "2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat" yayıb. 
Dövlət büdcəsinin gəlir və xərcləri
Dövlət büdcələrinin icrasına dair operativ məlumat2025-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9733,4 milyon manat, xərcləri 8115,0 milyon manat olmuş, 1618,4 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır (Qrafik 1). 
Dövlət büdcəsinin gəlirləri. 2025-ci ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 9562,1 milyon manat proqnoza qarşı 9733,4 milyon manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilmişdir. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olmuşdur. 
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,9 faiz çox icra edilməklə 6113,1 milyon manat təşkil etmişdir.
Dövlət büdcəsinin gəlirlərinin 4380,6 milyon manatı və ya 45,0 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3620,3 milyon manatı və ya 37,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1430,5 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 136,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 10,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 154,9 milyon manatı və ya 1,6 faizi sair daxilolmaların payına düşür (Qrafik 2).
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 95,0 milyon manat və ya 2,2 faiz, gömrük orqanlarının xətti ilə 30,5 milyon manat və ya 2,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,8 milyon manat və ya 20,9 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 44,0 milyon manat və ya 17,8 faiz çox, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilmişdir (Qrafik 3).  
Cari ilin 1-ci rübündə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 425,0 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 98,9 milyon manat və ya 2,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,2 milyon manat və ya 13,0 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 13,5 milyon manat və ya 4,9 faiz çox vəsait daxil olmuşdur.
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə 4957,4 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir. 
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4776,0 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur (Qrafik 4).
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,2 faizi və ya 1155,7 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 75,8 faizi və ya 3620,3 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür. 
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 49,6 faizi və ya 572,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 40,7 faizi və ya 471,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 111,7 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olmuşdur.
Dövlət büdcəsinin xərcləri. Cari ilin 1-ci rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 8115,0 milyon manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olmuşdur.
Cari ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 5051,0 milyon manatı və ya 62,2 faizi cari xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 83,9 milyon manat və ya 1,7 faiz çox), 2577,3 milyon manatı və ya 31,8 faizi əsaslı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,8 milyon manat və ya 9,3 faiz çox), 486,7 milyon manatı və ya 6,0 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2024-cü ilin eyni dövrü ilə müqayisədə 601,3 milyon manat və ya 55,3 faiz az) sərf edilmişdir.
Bu ilin 1-cü rübündə sosialyönlü xərclər (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) faktiki xərclərin 46,3 faizini (ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz-bənd çox) təşkil etməklə 3755,2 milyon manat məbləğində icra olunmuşdur. 
2025-ci ilin 1-ci rübündə funksional təsnifata uyğun olaraq kənd təsərrüfatı xərcləri 138,9 faiz və ya 334,5 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 130,6 faiz və ya 1241,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 120,8 faiz və ya 2027,9 milyon manat, təhsil xərcləri 104,2 faiz və ya 1029,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 101,3 faiz və ya 126,0 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 98,1 faiz və ya 1032,3 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 93,5 faiz və ya 596,6 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 87,0 faiz və ya 72,0 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 74,8 faiz və ya 281,0 milyon manat, səhiyyə xərcləri 70,2 faiz və ya 279,7 milyon manat, iqtisadi fəaliyyət xərcləri 63,0 faiz və ya 1055,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 52,0 faiz və ya 38,5 milyon manat icra edilmişdir (Qrafik 5).
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ilin 1-ci rübündə müdafiə və milli təhkükəsizlik xərclərinə 48,6 faiz və ya 663,4 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 42,6 faiz və ya 21,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 27,7 faiz və ya 27,3 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 14,4 faiz və ya 156,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 9,5 faiz və ya 51,7 milyon manat, təhsil xərclərinə 8,9 faiz və ya 84,4 milyon manat çox vəsait yönəldilmişdir.
2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 16,8 faizi həcmində və ya 451,7 milyon manat vəsait sərf olunmuşdur.
 İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunmuşdur.
Həmin vəsaitin 682,6 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 468,2 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 103,2 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poşt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radiomonitorinq sisteminin qurulması üçün 45,1 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi üçün 40,0 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 19,0 milyon manat və Sənaye Parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 7,1 milyon manat), 109,7 milyon manatı səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,0 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilmişdir.
Ehtiyat fondlar üzrə xərclərin icrası
2025-ci ilin 1-ci rübündə bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,8 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 1,6 milyon manat, cəmi olaraq 8,4 milyon manat vəsait istifadə olunmuşdur.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti
2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Operativ məlumatlara əsasən cari ilin 1-ci rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 110,4 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 376,3 milyon manat olmaqla (əsas borc üzrə 235,8 milyon manat, faiz borcu üzrə 140,5 milyon manat), ümumilikdə 486,7 milyon manatın ödənilməsi təmin edilmişdir.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5075,0 milyon ABŞ dolları təşkil etmişdir. Operativ məlumatlara əsasən 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18001,3 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil etmişdir.
İcmal büdcə
2025-ci ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10744,3 milyon manat, xərcləri isə 9061,3 milyon manat icra olunmuşdur. İcmal büdcədə 1683,0 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır. / marja.az

Maliyyə     Tarix: 18 aprel 2025

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti ilk 3 ayda topladığı vergilərin cəmi məbləğini açıqladı

2025-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 380,6 milyon manata yaxın vergi daxil olub. Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötə

Dolların ucuzlaşması sürətlənir: Avro son 3 ilin ən yüksək səviyyəsində

ABŞ və Çin arasında ticarət müharibəsində gərginlik artır. Çinin ABŞ mallarına tətbiq etdiyi tarif dərəcəsini 125 faizə qaldırdıqdan sonra dolların ucuzlaşması sürətlənib. Marja xəbər verir ki, Çin cavab tədbirlərini gücləndirdiy

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Dünən inflyasiyaya dair məlumatların proqnozların altında dərc olunması və Trampın tarif siyasıtinin beynəlxalq münasibətləri gərginləşdirməyə davam etməsi fonunda dolların major valyutalar qarşısında ucuzlaşması tendensiyas

Azərbaycanın pomidor ixracından gəliri 11 % azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 26,7 milyon ABŞ dollar dəyərində pomidor ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir. Sənəd

"Neft ucuzlaşsa da, büdcənin icrasına ciddi risk yaratmır"

"Son günlər dünya bazarında neftin qiyməti aşağı düşsə də, bu, Azərbaycanın dövlət büdcəsinin icrasına ciddi risk yaratmır". Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

Azərbaycanda orta maaş açıqlandı - YENİ MƏBLƏĞ

Dövlət Statistika Komitəsi İqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə məlumatları açıqlayıb. Məlumata görə, 2025-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1758,8 min nəfə

Qeyri-neft ixracının həcminin və ixrac coğrafiyasının genişləndirilməsi ətraflı müzakirə olunub

İqtisadi Şuranın növbəti iclası keçirilib. Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində milli iqtisadiyyatımız üçün vacib olan prioritet məsələlər

Tramp Azərbaycana 10 faiz vergi tətbiq etdi

ABŞ prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb. Marja xəbər verir ki, ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar - red) dərəcələri  10% -  50% civarında dəyişir

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bugün Avrozonada inflyasiyaya dair göstəricilərin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında ucuzlaşmağa davam edib. Belə ki, ötən gün EUR/USD valyuta cütlüyü 1.12640 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra


iqtisadi xeberler bitkoin internetden pul qazanmaq rubl mezenne avtomobil xeberleri