Dövlət Xidməti: 81 mln. zərərli keçid bloklanıb
Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə "AzstateNet" dövlət şəbəkəsində 3-cü rüb ərzində 81 milyon zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsi ilə bloklanıb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Bildirilir ki, birinci rübdə bu göstərici 101 milyon, ikinci rübdə isə 96 milyon olub. Ümumilikdə 9 ay ərzində 224 milyon zərərli keçid bloklanıb.
Bu ilin iyul-sentyabr ayları ərzində dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə "AzstateNet" dövlət şəbəkəsində 873 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi ilə bloklanıb.
2022-ci ilin ilk 9 ayında 2 milyon 900 min olmaqla birinci rübdə 1 milyon 190 min, ikinci rübdə isə 837 min zərərverici virus bloklanıb.
Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədi ilə "AzstateNet" dövlət şəbəkəsində 83 min virus tərkibli fayl xüsusi "Sandbox" mühafizə sistemləri ilə bloklanıb. Bu göstərici üzrə isə ilk rübdə 37 min, ikinci rübdə 35 min, 9 ay ərzində isə 155 min nəticə qeydə alınıb. / banker.az
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza