Dövlətin ABB-si vətəndaşlara kütləvi səhm satışını planlaşdırır – Sədrdən açıqlama

Dövlətin ABB-si vətəndaşlara kütləvi səhm satışını planlaşdırır – Sədrdən açıqlamaABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Səhmdarlarının bu gün keçirilən Ümumi Yığıncağının daha bir mühüm qərarının kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin buraxılması ilə bağlı olduğunu bildirib.
Banker.az xəbər verir ki, o bu barədə Facebook hesabında yazır.
"Hüquqi prosedurlar yekunlaşdıqdan sonra bu barədə geniş məlumatları ictimaiyyətlə bölüşəcəyik. ABB-yə minlərlə yeni səhmdarın cəlbi, beləliklə, vətəndaşların ABB-nin idarəedilməsində iştirakının genişləndirilməsi, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı əsas məqsədimizdir" – deyə, bank sədri yazır.
Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü ildə "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz ABB-dir.
Bank son 6 ildə səhmdarlarına davamlı şəkildə yüksək dividendlər ödəməkdədir.
"Bu il də əsas səhmdarımız olan dövlətimizə və 1800-ə yaxın digər səhmdarlarımıza 185 mln. AZN məbləğində dividend ödənişimiz olacaq. ABB-nin səhmləri üzrə dividend gəlirliliyi isə 15,1%-ə yüksəlir. Bundan sonra da daim səhmdarlarımız üçün yüksək dəyərlər yaratmağa çalışacağıq!" – Abbas İbrahimov qeyd edib.
Bakı Fond Birjasında nominal dəyəri 0.27 manat olan ABB səhmləri may ayında 0.33-0.35 manat intervalında ticarət edilib.

Banklar     Tarix: 28 may 2024

Oxşar xəbərlər

AFB Bank-dan sərfəli nağd kredit fürsəti: "Faiz minimum, 0% komissiya!"

Müştəri yönümlü xidmət fəlsəfəsini əsas tutan AFB Bank, "Faiz minimum, 0% komissiya" adlı yeni təklifi ilə maliyyə dəstəyinə ehtiyac duyan hər kəs üçün daha əlverişli şərtlərlə nağd kredit imkanları yaradır. Müştərilə

Pambıq sahələrinin sığortası iyunun 13-dək davam edəcək

Azərbaycanda pambıq əkini sahələrinin dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalanması müddəti bir neçə gündən sonra başa çatacaq. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən. Fermer və təsərrüfa

Xalq Bankdan təhsil və səhiyyə işçiləri üçün sərfəli kredit

Müştərilərə daim sərfəli maliyyə həlləri təklif edən Xalq Bank səhiyyə və təhsil işçilərinə özəl kampaniyaya start verir!. Kampaniya şərtlərinə əsasən, təhsil və səhiyyə sektorunda çalışan şəxslər zaminliklə və ya təminatsı

Rusiya Mərkəzi Bankı son üç ildə ilk dəfə uçot dərəcəsini endirib

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirib. Rusiya Bankı üç ildə ilk dəfə uçot dərəcəsini 21%-dən 20%-ə endirib. Rubl Mərkəzi Bankın uçot dərəcəsini illik 20%-ə endirmək qərarına ümumiyyətlə reaksiya verməyib. /

"PAŞA Kapital" iki bankla investisya tətbiqini istifadəyə verir

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC bu ayın sonuna "PAŞA Bank" ASC və "Kapital Bank" ASC ilə birgə "Birbank Invest" tətbiqini istifadəyə verəcək. xəbər verir ki, bu barədə "PAŞ

"Ötən il bankımızda müştəri köçürmələri 16% artaraq 14 milyard manata yaxınlaşıb

2024-cü ildə "PAŞA Bank"da müştəri köçürmələri (dövriyyə) 15,8% artaraq 113 milyard 944 milyon 625 min manat təşkil edib. Marja xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında "PAŞ

Bank 2025-də Şuşada filialını, Ağdamda nümayəndəliyini açacaq

"PAŞA Bank"ın "Şuşa" filialının 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən. Marja xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr oluna

"Rabitəbank"ın səhmdarlarından biri payını satıb

"Rabitəbank" ASC-nin səhmdarlarından biri olan Seyran Nuriyev ötən il Bankın nizamnamə kapitalındakı 14.51% payını satıb. xəbər verir ki, onun payını digər səhmdar Validə Abbasova əldə edib və onun nizamnamə kapitalınd

Yelo Bank-dan yeni rəqəmsal kart: Yelo Digital Card

Yelo Bank müştərilərinə yeni, innovativ rəqəmsal kartını təqdim edir! Artıq Yelo App vasitəsilə Yelo Digital Card-ı aktivləşdirərək, filiala getmədən dərhal istifadə edə bilərsiniz. Kartın aktivləşdirilməsi tamamilə onlay


iqtisadi xeberler en son xeberler telefonla pul qazanmaq bu gunun xeberleri investisiya