Dövriyyədə olan kağız və dəmir pulların istifadə müddəti nə qədərdir?

Dövriyyədə olan kağız və dəmir pulların istifadə müddəti nə qədərdir?Təcrübə göstərir ki, istər kağız, istərsə də metal pul nişanları müəyyən müddət tədavüldə olduqdan sonra fiziki köhnəlmə baş verir. Aşağı nominallı pul nişanları, dövretmə sürəti və istifadə intensivliyindən asılı olaraq, iri nominallı pul nişanlarına nisbətən daha tez köhnəlməyə və aşınmaya məruz qalır. Bəs bunun səbəbi nədir? Dövriyyədə olan kağız və dəmir pulların istifadə müddəti nə qədərdir? Bu suallara Mərkəzi Bank aydınlıq gətirib.
Yüksək keyfiyyət parametrləri, müasir mühafizə fəlsəfəsi və vahid dizayn konsepsiyası
Qurumdan bildirilib ki, milli pul nişanları yüksək keyfiyyət parametrləri, müasir mühafizə fəlsəfəsi və vahid dizayn konsepsiyasına əsasən hazırlanıb və dünyanın qabaqcıl valyutaları ilə müqayisə olunan səviyyədədir: "Pul nişanlarının tədavüldə fiziki köhnəlməsinə və estetik cəhətdən korlanmasına səbəb olan amillərdən biri əhalinin pul nişanları ilə davranışıdır. Hazırda milli pul nişanlarımızın (banknotlar və metal pullar) tədavüldə istifadə müddəti 1,5 ildən başlayaraq 5 ildən artıq müddətə qədər təşkil edir. Onların fiziki dayanıqlığının və bununla da dövriyyədə istifadə müddətinin yüksəldilməsi istiqamətində Mərkəzi Bank tərəfindən pulların yenilənməsi prosesləri həyata keçirilir. Belə ki, yenilənmiş 1 və 5 manatlıq banknotlar xüsusi texnologiya əsasında hazırlanıb. Bu da onların ömür müddətinin daha da uzadılmasına imkan verir".
Pul nişanlarının dəyişdirilməsinə gəlincə, Mərkəzi Bankdan bildirilib ki, bu, iqtisadi, siyasi, təhlükəsizlik, texnoloji və s. kimi amillərdən qaynaqlanır. Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən pul nişanlarının dizaynında və mühafizə sistemlərində dövri yenilənmələr əsasən onların saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə aparılır. Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 16 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.
"Dünyanın ən yaxşı yeni banknotu"
Mərkəzi Bank da beynəlxalq təcrübəni nəzərə alaraq, pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarının mövcud konsepsiya çərçivəsində əsas dizayn motivlərini saxlamaqla, pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr həyata keçirib. Bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları, cari ilin fevral ayından yenilənmiş 20 manatlıq pul nişanı, cari ilin iyun ayından isə yenilənmiş 10 manatlıq pul nişanı tədavülə buraxılıb.
Qeyd edək ki, yenilənmiş 50 manatlıq pul nişanı ABŞ-ın Beynəlxalq Pul Nişanları Assosiasiyası tərəfindən təşkil edilmiş müsabiqədə mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə "Dünyanın ən yaxşı yeni banknotu" tituluna layiq görülərək qalib seçilib.
Yaxın vaxtlarda pul çapı və dizaynı ilə bağlı yeniliklər də gözlənilir. Mərkəzi Bank beynəlxalq təcrübəni nəzərə alaraq ötən dövrdən pul nişanlarının mövcud konsepsiya çərçivəsində əsas dizayn motivləri saxlanılmaqla, dizaynının və mühafizə elementlərinin yenilənməsini davam etdirir. Mərkəzi Bankın sədri vəzifəsinə yeni təyinatla əlaqədar təyinat tarixindən sonra istehsal olunacaq kağız pul nişanlarında yeni rəhbərin imzasının təsvir olunması nəzərdə tutulur.
Dövriyyədə olan kağız və dəmir pulların istifadə müddəti nə qədərdir?Onu da deyək ki, hazırda gündəlik dövriyyədə iri nominallı əskinaslara az rast gəlinir. Bununla bağlı suala cavab olaraq bildirilib ki, Mərkəzi Bank ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və zəruri nominal strukturda ödənilməsini ölkədə fəaliyyət göstərən banklar vasitəsilə təmin edir. Banklar öz tələbatlarına əsasən Mərkəzi Bankdan bütün nominallı pul nişanlarını məhdudiyyətsiz şəkildə sifariş edərək əldə edirlər: "Bütün dövrlərdə kommersiya banklarının tələbi Mərkəzi Bank tərəfindən tam həcmdə və adekvat strukturda ödənilib. Hazırda tədavüldə hər hansı nominallı pul nişanlarının çatışmazlığı halı müşahidə olunmur. Belə ki, cari ilin əvvəlinə tədavüldə 100 və 200 manatlıq pul nişanlarının xüsusi çəkisi məbləğlə 84.5%, ədədlə isə 11.3% təşkil edib".
Yubiley və xatirə pul nişanları
Beynəlxalq təcrübədə müxtəlif ölkələrin mərkəzi bankları tərəfindən mütəmadi olaraq tədavülə həmin ölkələrə dair ictimai, siyasi, mədəni və tarixi proseslərə, eləcə də əlamətdar hadisələrə həsr olunan yubiley və xatirə pul nişanları buraxılır. Bu pul nişanları qeyd olunan proseslər və hadisələrlə yanaşı, həmin ölkələrin tarixinin, görkəmli şəxsiyyətlərinin, mədəniyyətinin, elm və incəsənətinin, flora və faunasının təşviq edilməsini və onların beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin edən ən uğurlu vasitələrdən biri sayılır.
Dövriyyədə olan kağız və dəmir pulların istifadə müddəti nə qədərdir?Azərbaycan Mərkəzi Bankı da xatirə pul nişanlarının tədavülə buraxılmasını təmin edir: "Beynəlxalq təcrübədə yubiley və xatirə pul nişanları həsr olunduğu mövzunun aktuallığı və əhəmiyyətindən asılı olaraq adətən müxtəlif qiymətli metallardan hazırlanır. Onların konkret limit çərçivəsində və məhdud sayda istehsal olunması, ilk növbədə, belə pul nişanlarının numizmatik əhəmiyyətini artırır. Eyni zamanda, yubiley və xatirə pul nişanları qiymətli metallardan hazırlandığı üçün bəzi hallarda onlar əhali tərəfindən yığım aləti kimi də istifadə olunur. Məhz belə təcrübədən irəli gələrək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən də tədavülə yubiley və xatirə pul nişanlarının buraxılması ilə bağlı siyasət qəbul edilib. Bu çərçivədə yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması təmin edilib" – deyə Mərkəzi Bankdan bildirilib.
Qeyd edək ki, tədavülə buraxılan yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir. / banker.az

Xəbərlər     Tarix: 13 oktyabr 2022

Oxşar xəbərlər

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler bitkoin bitkoin almaq dollar məzənnəsi valyuta kurslari