Dünyanın ən böyük kriptobirjalarından biri işçilərinin 30%-ni ixtisar edir
Dünyanın üçüncü ən böyük kriptobirjası "Kraken" işçilərinin təxminən 30%-ni (1100 nəfər) ixtisar edəcək. Bu barədə şirkətin korporativ bloqunda onun həmtəsisçisi və baş direktoru Cessi Pauell məlumat yayıb. Şirkət bu addımını "kripto qışından sağ çıxmaq" ehtiyacı ilə əlaqələndirib.
Pauell bildirib ki, ixtisarlar şirkətə "mövcud bazar şərtlərinə uyğunlaşmaq" imkanı vermək üçün lazımdır. O yazır ki, "makroiqtisadi və geosiyasi amillərin" yaratdığı artımın yavaşlaması istehlakçı tələbinin, ticarət həcminin və kriptovalyuta mübadiləsi müştərilərinin sayının azalmasına səbəb olub.
Banker.az bu barədə "Forbes"a istinadən xəbər verir.
Qeyd edək ki, kriptovalyuta bazarında böhran "FTX" kriptobirjasının iflasından sonra başlayıb. Birja noyabrın 28-də müflis olmaq üçün müraciət edib. 2022-ci ilin əvvəlində "FTX" 32 milyard dollar dəyərində qiymətləndirilib.
"FTX"in qurucusu Sem Benkman-Frid iflas ərizəsi verdikdən sonra birjanın rəhbəri vəzifəsindən istefa verib. Mənbələr onun "FTX"dən gizli şəkildə 10 milyard dollar müştəri vəsaitini "Alameda Research"in filialına köçürdüyünü, bundan sonra məbləğin əhəmiyyətli bir hissəsinin yoxa çıxdığını bildirir. Benkman özü bu məlumatı inkar edir.
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"
Bitkoin ucuzlaşa bilər - Proqnoz
Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08