Dünyanın ən yaxşı restoranı bağlanır - FOTOLAR

Dünyanın ən yaxşı restoranı bağlanır - FOTOLARDəfələrlə dünyanın ən yaxşı restoranı seçilən, Kopenhagendə yerləşən "Noma" restoranı 2024-cü ilin sonunda qapılarını bağlayacağını açıqlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, restoranın İnstaqram hesabında verilən açıqlamada "noma olmağa davam etmək üçün dəyişməliyik. 2024-cü ilin qışı "noma"nın son mövsümü olacaq" yazılıb.
"2025-ci ildə restoranımız nəhəng bir laboratoriyaya çevriləcək. Biz fəaliyyətimizi yemək innovasiyası üzərində işləməyə və yeni dadlar yaratmağa həsr edən qabaqcıl sınaq (test) mətbəxi olacağıq və səylərimizin bəhrəsini əvvəlkindən daha geniş şəkildə bölüşəcəyik. Vaxtımızın çoxunu yeni kəşflər və daha çox ideyalara sərf edəcəyik. Müştərilərə xidmət hər zaman kimliyimizin bir parçası olacaq, lakin biz sadəcə bir restoran olmayacağıq" restoranın vebsaytında deyilir.
Adı dan dilində "nordisk" (Skandinaviya) və "mad" (yemək) sözlərinin qısa versiyası olan "noma" 2003-cü ildə Kopenhagenin mərkəzində açılıb. 2016-cı ildə restoran bağlanıb və iki ildən sonra şəhər mərkəzindən uzaqda, ağaclarla əhatə olunmuş ərazidə yenidən açılıb. Dünyanın bir çox yerindən rezervasiya edərək gələn qastro-turistlər restoranda adambaşına 500 dollar ödəyirdilər. Restoran müntəzəm olaraq "Dünyanın 50 ən yaxşı restoranı" siyahısında ilk 3-lükdə yer alır.
"noma"nın dünya şöhrətli aşpazı René Redzepi, şam qozalarını yeməli hala gətirən aşpaz kimi, qastronomiya dünyasındakı yaradıcılığına görə təriflənir. Həmçinin, o, pandemiyanın davam etdiyi 2020-ci ilin yayında bir ay ərzində restoranı şərab və burger barına çevirmişdi.
İndi restoranın diqqəti yaradıcılığa yönəldilsə də, Kopenhagendə və ya dünyanın müxtəlif yerlərində restoranlarda "noma" yeməklərindən yemək mümkün olacaq. Məsələn, "noma" yazda – martın 15-dən mayın 20-dək iki ay müddətinə Kyotoda müvəqqəti olaraq açılacaq.

Biznes     Tarix: 10 yanvar 2023

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler dollar manat kursu bu gunun xeberleri emlak xeberleri bitcoin