Dünyanın ilk "ChatGPT"li qulaqlığı təqdim edilib
"Nothing" şirkəti "ChatGPT" söhbət robotu ilə təchiz edilmiş dünyanın ilk qulaqlıq modelləri olan "Ear 3" və "Ear (a)" təqdim edib.
"Ear 3" əvvəlki nəsil analoji cihazı əvəz edib, onun "Ear (a)" versiyası isə qiymət baxımından daha sərfəli seçim olaraq hazırlanıb.
"ChatGPT"yə inteqrasiyası sayəsində cihazlar kənar nitqi tərcümə edə, məsləhətlər verə, riyazi məsələləri həll edə və bir sıra digər funksiyaları yerinə yetirə bilən səsli köməkçiyə sahib olublar.
"Ear 3"ün iş müddəti 8.5 saat, "Ear (a)"nın isə 9.5 saatdır. Birinci modeldə həmçinin aşağı tezlikli təkmilləşdirmə alqoritmi və zəngləri daha aydın edən "Clear Voice" texnologiyası var.
Qara, ağ və sarı rənglərdə qulaqlıqların satışı aprelin 22-də başlayacaq. "Ear 3"ün qiyməti 129 avro, "Ear (a)"nın isə 99 avrodur. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd