DYP-dən polislərin yayılmış görüntüləri ilə bağlı AÇIQLAMA

DYP-dən polislərin yayılmış görüntüləri ilə bağlı AÇIQLAMABakı Şəhər Dövlət Yol Polisi sosial şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video ilə bağlı açıqlama verib. 
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, yol hərəkəti əleyhinə edilmiş qayda pozuntularında inzibati xəta iki formada aşkarlanır birincisi xüsusi texniki vasitələrlə bu zaman sürücü və polis arasında təmas olmur qayda pozuntusunun video və foto materiallları şəxsin elektron kabinetinə yerləşdirilməklə elektron qərar qəbul (EQ) edilir:
"Digəri isə YPX əməkdaşının vizual olaraq aşkarladığı qayda pozuntusudur ki, bu zaman sürücüyə etdiyi qayda pozuntusu izah olunur misal üçün qırmızı işıqda keçmisiniz, giriş qadağan olan yola daxil olmusuz, qarşı hərəkət zolağına keçib nəqliyyatın axınına doğru hərəkət etmisiniz və ya nişanın tələbini pozmusunuz və s. Bu hallardan biri və ya digəri olduqda Yol Hərəkəti Haqqında Qanunun pozulan tələbi və həmin maddə üzrə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan xətanın maddəsi izah olunmaqla yerində şəxsin iştirakı ilə inzibati xəta üzrə protokol tərtib olunur (İXP) bu zaman sürücü YPX əməkdaşından yerində görüntü tələb edə bilməz, protokolla razılaşmaya bilər. Həmin protokol qərarsız qalmalı və sürücüyə daha sonra həmin sübutlar aidiyyatı üzrə onun iştirakı ilə təhlükəsiz şəhər kameralarından çıxarılmaqla təqdim olunur".
A.Əsgərli bildirib ki, ümumiyyətlə son illərdə vətəndaş polis təmasının azaldılması məqsədilə DİN məqsədyönlü formada bu addımları atmaqla qayda pozuntularının demək olar ki 70 %-ni elə xüsusi texniki vasitələrlə aşkarlayır:
"Paytaxt ərazisində əməkdaşlarımızın gündəlik xidməti o qədər ağırdır ki, hər gün yollarda hərəkətin nizamlanması və təhlükəsizliyin təmini məqsədilə görülən tədbirlərin nəticəsində milyonlarla insanın mənzil başına çatması üçün ağır iş rejimində xidmət təmin olunur.  Bir sözlə, paytaxt ərazində YPX əməkdaşının elə boş vaxtı yoxdur ki, kiminləsə qeyri-müəyyən bir vəziyyətə görə uzun müzakirələr aparsın".
Bu gün ölkəmizdə hamı bilir ki, qayda pozmayan sürücünü heç kim nə əsassız, nə də qanuni izahsız formada saxlamır. Belə hallar olanda isə həmin əməkdaşlar barədə çox sərt formada tədbirlər görülür. Bu videoda da sürücü polisi çəkməklə onu öz işindən uzaqlaşdırmağa cəhd edir. İşini ləyaqətlə, düzgün şəkildə icra edən hər bir polis əməkdaşı üçün belə çəkilişlər əhəmiyyətsizdir. İstər sadə vətəndaş, istərsə də dövlət məmuru hüquqlarını və vəzifələrini düzgün bilsə, ləyaqətli olsa, işini və vətəndaşlıq borcunu dürüst formada icra etdikdən sonra kimin nəyi çəkib paylaşmağının heç bir əhəmiyyəti yoxdur. Onsuz da indiki zəmanədə hamı hamını çəkir. Kim kimə nəyi sübut etmək istəyirsə birinci ona gərək özü inansın və dürüst olsun. Gəlin, qaydaları pozmayaq, qanunlara hörmətlə yanaşaq, insanları yerli-yersiz çəkib paylaşmaq əvəzinə, intizamlı olaq. Bizdə həmin dialoqun lap əvvəldən çəkilişi var. Amma onları paylaşmağı etik hesab etmirik!

Xəbərlər     Tarix: 23 avqust 2022

Oxşar xəbərlər

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler birbank dollar məzənnəsi 1000 manatla biznes emlak xeberleri