EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb

EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıbAvropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə Bankın "Regional iqtisadi perspektivlər" hesabatının may buraxılışında deyilir.
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıbProqnozlar fevral ayı təxminləri ilə eyni səviyyədə qalıb. Bu il də artımın əsas amilləri qeyri-neft sektorunun inkişafı və dövlət investisiyalarının davam etdirilməsi olaraq qalacaq. Bununla belə, bank iqtisadiyyatın neft və qaz qiymətlərindəki dəyişkənliyə, xarici tələbin azalmasına, ticarət siyasətindəki qeyri-müəyyənliyə və regional normallaşma proseslərində mümkün pozulmalara qarşı yüksək həssaslığını vurğulayır.
Hesabata əsasən, 2024-cü ildə qeyri-neft sektorlarının fəal inkişafı və irimiqyaslı dövlət investisiyaları sayəsində Azərbaycanın iqtisadi artımı sürətlənib. Real ÜDM 4,1 % artıb (2023-cü ildə 1,4 % idi). İqtisadiyyatın qeyri-neft sektorundakı artım isə 6,2 % təşkil edib (2023-cü ildə 3,7 % idi) ki, bu da tikinti, İKT, nəqliyyat və turizm sahələrində canlanma ilə bağlı olub.
EBRD-nin məlumatına görə, iqtisadi fəallıq əhalinin real gəlirlərinin artımı və infrastruktura irimiqyaslı investisiyalar hesabına dəstəklənib. 2024-cü ilin mart ayından etibarən Avropaya tədarük üçün qaz hasilatının artması fonunda neft-qaz sektoru da artımı bərpa edib.
"Lakin 2025-ci ilin birinci rübündə real ÜDM-in artım tempi illik ifadədə 0,3 %-ə qədər azalıb (bir il əvvəl 4 % idi). Bu da qeyri-neft sektorunun davamlı artımına baxmayaraq, neft və qaz hasilatının azalması ilə əlaqədardır.
Bu dövrdə inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf dəhlizi daxilində (4% ±2%) qalıb. 2024-cü ilin aprelində illik inflyasiya son 9 ilin ən aşağı səviyyəsinə - 0 %-ə düşüb. 2025-ci ilin mart ayında o, əsasən ərzaq məhsullarının və xidmətlərin bahalaşması səbəbindən 5,9 %-ə qədər sürətlənib", - EBRD-dən bildirilib.
AMB 2023-cü ilin sonunda inflyasiya təzyiqlərinin azalmasına cavab olaraq əsas uçot dərəcəsini 175 baza bəndi azaldaraq 2023-cü ilin noyabrındakı 9 %-dən 2024-cü ilin mayında 7,25 %-ə endirib və onu bu səviyyədə qoruyub saxlayıb. Kreditləşmənin sürətli artımı fonunda (2024-cü ildə 20 %-dən çox) AMB 2025-ci ilin martında qüvvəyə minən 0,5 %-lik kontrtsiklik kapital buferini tətbiq edib.
Ümumilikdə Şərqi Avropa və Qafqaz regionunda dolayı ticarətin və Cənubi Qafqaz iqtisadiyyatlarına əmək və kapital axınının təsiri zəifləməyə başladığı üçün iqtisadi artım 2023-cü ildəki 4,5 %-dən 2024-cü ildə 3,9 %-ə qədər azalıb. Artımın 2025-ci ildə 3,5 %-ə (fevral proqnozundan 0,1 faiz bəndi aşağı) qədər yavaşlaycağı, 2026-cı ildə isə yenidən 4,3 %-ə (dəyişmədən) qədər artacağı gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2025-ci ildə ÜDM-in artımı 3,7 %, 2026-cı ildə isə 3,2 % səviyyəsində gözlənilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları isə müxtəlifdir. "S&P Global" illik 2 %, "Fitch Ratings" 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, "Moodys" isə illik 2,5 % artım gözləyir.
Beynəlxalq Valyuta Fondu iqtisadi artımın 2025 və 2026-cı illərdə müvafiq olaraq 3,5 % və 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı isə iqtisadi artımın 2025-ci ildə 2,6 % və 2026-cı ildə isə 2,4 % olacağını gözləyir. Asiya İnkişaf Bankı müvafiq olaraq 3,4 % və 3,3 %, Niderlandın "ING Group"u isə ÜDM-in 2025-ci ildə 2 % və 2026-cı ildə isə 2,5 % artacağını gözləyir.
© "Report"

Maliyyə     Tarix: 13 may 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler dollar manat kursu kripto valyuta mezennesi birbank