Əhali nağd 1.12 milyard dollarını banklarda manata çevirib – AMB isə ehtiyatlarını son 12 ilin maksimumuna yüksəlib

Əhali nağd 1.12 milyard dollarını banklarda manata çevirib – AMB isə ehtiyatlarını son 12 ilin maksimumuna yüksəlib2026-cı ilin ilk 7 ayında Azərbaycanda banklar tərəfindən əhali ilə nağd xarici valyutanın alış-satışında təklifin kəskin üstünlüyü müşahidə olunub. Bankların məlumatlarına əsasən, yanvar-iyul aylarında əhaliyə və müştərilərə nağd xarici valyuta satışı 669,4 milyon ABŞ dolları, alış isə 1 milyard 115 milyon ABŞ dolları təşkil edib. Beləliklə, bankların nağd valyuta alışının satışdan üstünlüyü 445,6 milyon dollar olub.
Banker.az xəbər verir ki, ötən ilin eyni dövründə isə bankların nağd xarici valyuta satışı 1 milyard 156,7 milyon dollar, alışları isə 1 milyard 177,8 milyon dollar təşkil etmişdi. Başqa sözlə, 2025-ci ilin ilk 7 ayında alış satışdan cəmi 21,1 milyon dollar çox olmuşdu.
Bu ilin ilk 7 ayında illik müqayisədə bankların nağd valyuta satışı 42% azalıb, alış isə 5% geriləyib. Nəticədə alışın satış üzərindəki üstünlüyü 21 dəfədən çox artıb.
2026-cı ilin bütün ilk 7 ayında bankların valyuta alışları satışlardan yüksək olub. Ən böyük fərq iyun ayında qeydə alınıb. Həmin ayda banklar 186,4 milyon dollar valyuta alıb, 79,7 milyon dollar satıb. İyulda isə alış 165,3 milyon dollar, satış 100,4 milyon dollar təşkil edib.
Əhali tərəfdən dollar təklifinin yüksəlməsi hazırda valyuta dəyişmə məntəqələrində də, ABŞ dollarının satış məzənnəsinin aşağı doğru çəkərək hətta rəsmi məzənnə olan 1.7 USD/AZN-nin altına endirib. Öncəki ayda orta "Exchange" kursu 1.6970 USD/AZN olub.
Mərkəzi Bankdan manatın bahalaşması siqnalı
Valyuta bazarında yaranmış bu vəziyyət Azərbaycan Mərkəzi Bankının 31 iyul tarixində faiz dəhlizinin parametrlərinin dəyişdirilməməsi ilə bağlı qərarında da xüsusi diqqət çəkən amillərdən biri oldu.
Mərkəzi Bank bildirib ki, faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən inflyasiya ilə yanaşı daxili maliyyə bazarında gedən proseslər də nəzərə alınıb. İnflyasiya proqnozunun yüksəldilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi yumşaq pul siyasətini dəstəkləyib. Bu iki amilin bir-birini tarazlaşdırması nəticəsində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.
Mərkəzi Bankın açıqlamasında qeyd olunub ki, 2026-cı ilin ilk yarısında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib və bu vəziyyət həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışı 482 milyon ABŞ dolları üstələyib.
Bu məqam xüsusilə diqqət çəkir. Məsələn, Mərkəzi Bank əvvəlki faiz qərarlarında əsasən inflyasiya və maliyyə bazarındakı şərtləri ön plana çıxardığı halda, 31 iyul qərarında manatın məzənnəsi üzərində yaranan möhkəmlənmə təzyiqini və valyuta artıqlığını ayrıca nəzərə alınacaq amillər sırasında göstərib.
Qərarda qeyd edilir ki, cari ilin qalan dövründə faiz dəhlizi ilə bağlı qərarlar verilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınacaq. Eyni zamanda, manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaq.
Əhali nağd 1.12 milyard dollarını banklarda manata çevirib – AMB isə ehtiyatlarını son 12 ilin maksimumuna yüksəlibƏhali nağd 1.12 milyard dollarını banklarda manata çevirib – AMB isə ehtiyatlarını son 12 ilin maksimumuna yüksəlibTicarət profisiti valyuta təklifini artırır
Valyuta bazarında təklifin artmasının arxasında xarici sektor göstəricilərinin əlverişli olması da dayanır. Dövlt Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 7 ayında  Azərbaycanın xarici ticarətində 9 milyard 454. 9 milon ABŞ dollarına yaxın müsbət saldo yaranıb.
Bundan əlavə, öncəki ayda açıqlanan yanvar-iyun aylarında pul baratları üzrə saldo 540,6 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 82,8% artıb.
Mərkəzi Bank cari əməliyyatlar hesabının profisiti üzrə 2026-cı ilin sonuna və 2027-ci ilə proqnozunu da artım istiqamətində dəyişib. Buna səbəb kimi qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətləri ixracında müsbət meyillərin davam etməsi göstərilib.
Beləliklə, xarici ticarət profisiti, pul baratlarının artması və valyuta bazarında təklifin tələbi üstələməsi manatın möhkəmlənməsi istiqamətində təzyiq formalaşdıran əsas amillərdən birinə çevrilib.
Mərkəzi Bankın valyuta ehtiyatları 13,8 milyard dollara çatıb
Valyuta bazarındakı təklif artımı Mərkəzi Bankın ehtiyatlarını genişləndirmək üçün münbit bir mühitə çevrilib. Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən onun xarici valyuta ehtiyatları 2,2 milyard dollar və ya 19,5% artaraq iyulun sonunda 13 milyard 768 milyon dollara çatıb.
Təkcə iyul ayında ehtiyatlar 610,3 milyon dollar və ya 4,64% artıb. İyunda isə artım 445,2 milyon dollar təşkil edib. Beləliklə, yalnız son iki ayda Mərkəzi Bankın xarici valyuta ehtiyatları 1,06 milyard dollar artıb.
Mərkəzi Bank özü də valyuta bazarında tələbin kəskin azaldığı və təklifin əhəmiyyətli artdığı şəraitdə alışyönlü müdaxilə həyata keçirildiyini açıqlayıb.
Dövlət Neft Fondunun da daxil olduğu strateji valyuta ehtiyatları 1 avqust 2026-cı il tarixinə 86 milyard 814,9 milyon dollara qalxıb.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank avqust üzrə xarici valyuta ehtiyatlarını yaxın günlərdə ictimayyətə açıqlamalıdır.
Mərkəzi Bankın faiz dəhlizi üzrə növbəti qərarı sentyabrın 23-də açıqlanacaq. Bu qərarda valyuta bazarında təklif-tələb balansının, manatın möhkəmlənməsi təzyiqinin və valyuta artıqlığının hansı istiqamətdə dəyişməsi əsas izlənəcək göstəricilərdən biri olacaq.

Banklar     Tarix: 01 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda fermerlər üçün sığorta qaydaları dəyişdi – 3 MÜHÜM YENİLİK

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Subsidiya Şurasının qərarına əsasən, əkin və bağçılıq subsidiyası üzrə sığorta tələbləri yenilənib. Əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkiləri

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə ölkədə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb: /

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq

"Bank Respublika" və "AccessBank"ın planlaşdırılan birləşməsindən sonra formalaşacaq bankın ümumi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq. bankın məlumatına istinadə

Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

Expressbank "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib. Layihə çərçivəsində Qusarın Böyü

6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır

Birbank müştəriləri bir çox gündəlik bank əməliyyatlarını rəqəmsal kanallarla yanaşı, ölkənin ən geniş ödəniş terminalı şəbəkəsi olan Milliön terminallarında da komissiyasız həyata keçirə bilərlər. Paytaxt Bakı ilə yanaşı

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Bank sədri: "Artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik"

"ABB-nin Özbəkistanda həyata keçirdiyi ABB Davr layihəsinin səhmlərin hüquqi transferi ilə bağlı mərhələsinin qarşıdakı 7–10 gün ərzində tamamlanması gözlənilir. Bankın ABB Davr brendi altında fəaliyyətə isə təxminə

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa


iqtisadi xeberler investisiya internetden pul qazanmaq dollarin kursu bu gun birbank