Əhalidən banklara nağd dollar axını yüksəlib – Mərkəzi Bank bunu necə qiymətləndirir?

Əhalidən banklara nağd dollar axını yüksəlib – Mərkəzi Bank bunu necə qiymətləndirir?Cari ilin ilk üç rübündə Azərbaycanda əhalidən banklara satılan nağd ABŞ dollarının həcmi banklara onların satışını bir qədər də üstələyərək 201.3 milyon dollara yüksəlib. Halbuki, əvvəlki ilin eyni dövründə istiqamət 708.7 mln. dollar əks istiqamətdə idi. Yəni əhaliyə axın vardı.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu təkcə nağd dollarda deyil — burada avro və ingilis funt-sterlinqi də nəzərdə tutulur.
2025-ci ilin ilk doqquz ayında ümumilikdə banklar əhaliyə nağd 1 377.4 milyon ABŞ dolları satarkən, onlardan 1 578.7 milyon dollara yaxın valyuta qəbul ediblər.
Bununla da nağd dolların banklar tərəfindən əhaliyə satışları əvvəlki illə müqayisədə 30 faiz azalarkən, onlardan alış 26 faiz artıb. Keçən il bankların əhali ilə satış konvertasiyası 1 965.3 milyon dollar olarkən, alışlar 1 256.6 milyon dollar təşkil edirdi. Nəticədə manatın "Exchange"lərdəki orta kursu 1.6978 USD/AZN olub ki, bu, 1.7 rəsmi məzənnədən aşağıdır.

Ölkədə ikinci ən yüksək həcmdə konvertasiya edilən avro üzrə də bankların əhalidən alışları satışlarını 18.7 mln. avro üstələyir. Müqayisə üçün, keçən il əks istiqamətdə 43.8 mln. avro idi.
AMB sədri 2025-ci ilin oktyabr iclasında manatla bağlı bir qədər inamlı çıxış etdi. O, Azərbaycanın valyuta bazarında, o cümlədən nağd valyuta bazarında təklifin tələbi üstələməsinə toxunmuşdu. Kazımov onların bunu hər gün izlədiklərini və 9 ayın nəticələrinə əsasən nağd valyuta bazarında təklifin tələbi 230 milyon dollar üstələdiyini bildirmişdi.
"Yəni əhali daha çox xarici valyuta vəsaitlərini satıb, nəinki alıb," — deyə o bildirmişdi. "Bu bizim üçün daha vacib göstəricidir. Çünki biz əhalinin gözləntilərini bu göstərici ilə qiymətləndiririk."
Taleh Kazımov press-konfransda demişdi ki, "hansısa emosional fikirim deyil, Azərbaycan manatına inamımın arxasında rəqəmlər və faktlar dayanır. İlk növbədə tək mənim yox, əhalinin də manata inamı artır.
Birincisi — sentyabrda dollarlaşma səviyyəsi 29 faizə düşüb. Bizim hədəfimiz bu rəqəmi 20–25% ətrafında idarə etməkdir və bu, normaldır. Yəni dollarlaşma səviyyəsi 20–25% ətrafına düşərsə, bu, normaldır. Dollarlaşma səviyyəsi sıfır ola bilməz.
İkincisi — nağd bazarda əməliyyatlara baxsaq, təklif tələbi üstələyir; bu məbləğ məqbul səviyyədədir. 9 ayın nəticələrinə əsasən nağd valyuta bazarında təklif tələbi 230 milyon dollar üstələyib.
Üçüncü amil — ölkəmizin strateji valyuta ehtiyatları il ərzində 14.7% artaraq 81.5 milyard dollara çatıb. Bizim strateji valyuta ehtiyatlarımız geniş manat kütləsini 3.7 dəfə üstələyir. Yəni manatın dayanıqlığı haqqında heç bir şübhə olmamalıdır.
Dördüncü amil — proqnozlarımıza görə cari əməliyyatlar balansı 2025 və 2026-cı illərin sonlarında profisitli olacaqdır. Yəni bu tək mənim fikrim deyil — rəqəmlər və faktlardır."
Valyutanın hərraclarda əsas təchizatçısı sayılan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 milyard 350 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Banker.az-ın son hesablamalarına görə ARDNF keçən ilin ilk üç rübündə ümumilikdə 5 milyard 745 milyon ABŞ dolları satmışdı. Beləliklə, ARDNF-in hərraclardakı valyuta satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 milyard 395 milyon və ya 24 faiz az olub.
Manatın məzənnəsinin möhkəm qalmasında əsas faktor olan tədiyə balansı ilə bağlı da AMB pozitiv düşünür. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nisbətən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir. Mərkəzi Bank 2025-ci ilin sonuna cari hesabın profisitinə dair proqnozunu cüzi yüksəldib. 2026-cı il üçün isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.
Bununla belə, AMB bazardakı "valyuta bolluğundan" əvvəlki illərlə müqayisədə daha az yararlanır. Keçən ilin sentyabrında xarici valyuta ehtiyatları 11.8 mlrd. dollara yüksəlsə də, sonradan azalmışdı. Mərkəzi Bank bunu intervensiya xarakterli olmadığını, dövlət xərcləri ilə əlaqələndirmişdi. Təqdim etdiyimiz qrafikdə göründüyü kimi Mərkəzi Bank xarici valyuta ehtiyatlarını əvvəlki templə artıra bilmir. Lakin son iclasda daha bir vacib siqnal o idi ki, tənzimləyici valyuta bazarına alış yönümlü müdaxilə edə bilər. Kazımov qeyd edib ki, "bu proses davam edərsə, yəqin ki, biz bazara alış yönümlü müdaxilə edəcəyik. Amma hazırda hansısa məbləğ müzakirə edilmir — bunun 300 və ya 600 milyon dollar olacağını deyə bilmərik. Çünki ilin sonuna kimi büdcə xərcləri var və bunu nəzərə almaq lazımdır."
Kazımovun ehtimal etdiyi kimi maksimal gözlənti olan 600 mln. dollarlıq alış intervensiyası gerçəkləşərsə, AMB-nin ehtiyatlarının həcmini 12 mlrd. dollara çatdıra və ya həmin həddi yenidən aşdıra bilər.

Banklar     Tarix: 29 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri bank faizleri bitkoin