Yelo Bank-ın proseslərində rəqəmsal transformasiya
®Yelo Bank üçün innovasiya hər şeydən əvvəl sadəlik deməkdir. Müasir bankçılıq həllərini müştəriləri üçün daha əlçatan və sürətli etməyə çalışan Bank, daxili proseslərin robotlaşdırılması (RPA) istiqamətində addımlarını sürətlə davam etdirir.
Bu layihənin ilk uğurlu nəticəsi kimi, biznes hesablarının Dövlət Vergi Xidməti (DVX) portalında qeydiyyatı prosesi tamamilə rəqəmsal köməkçilərə (robotlara) həvalə olunub. Əvvəllər bir əməkdaş tərəfindən mexaniki şəkildə bir neçə dəqiqəyə icra olunan bu proses, artıq robotlar vasitəsilə cəmi 2 saniyəyə tamamlanır. Bu yenilik həm insan faktoru ilə bağlı riskləri aradan qaldırır, həm də müştərilərin bankda gözləmə müddətini minimuma endirir. Rutin tapşırıqlar avtomatlaşdıqca, əməkdaşlar bütün diqqətini müştərilər üçün daha faydalı və yaradıcı ideyalar üzərində cəmləyə bilirlər.
Bankın strateji tərəfdaşı olan "Linktera" şirkəti ilə keçirilən növbəti işgüzar görüşdə də məhz bu uğurlu nəticələr və gələcək hədəflər müzakirə edilib. Yelo Bank il ərzində daha çox biznes prosesini robotlaşdırılmış sistemlərə keçirməyi və rəqəmsal transformasiyanı bankın bütün sahələrində prioritet istiqamət kimi saxlamağı planlaşdırır.
Yelo Bank müasir texnoloji həlləri tətbiq etməklə həm daxili prosesləri sadələşdirməyi, həm də müştərilərinə hər addımda daha çevik və parlaq xidmət təqdim etməyi hədəfləyir.
Sərfəli şərtlərlə tecili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
/ banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Swift nədir?
Françayzinq nədir və necə olur?
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?