"Azərbaycan Sənaye Bankı" səhmdarlara dividend ödəyəcək
"Azərbaycan Sənaye Bankı" ASC-nin Audit Komitəsinin qərarına əsasən Bankın 2026-cı il üzrə növbəti İllik Ümumi Yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki,bankdan verilən məlumata görə, yığıncaq 22 may 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Suraxanı rayonu, "Xəyal Adası" Yaşayış Kompleksində yerləşən Bankın Baş ofisinin inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının və müstəqil auditor rəyinin müzakirəsi və təsdiqi;
2025-ci ilin nəticələrinə dair "İllik Hesabat"ın təsdiq edilməsi;
Dividendlərin bölüşdürülməsi;
Digər cari məsələlər.
Qeyd olunub ki, səhmdarlar gündəliyə dair materiallarla bildirişə əlavə edilmiş sənədlər vasitəsilə tanış ola, həmçinin həftə içi hər gün saat 09:00-dan 18:00-dək Bankın yerləşdiyi ünvanda əlavə məlumat əldə edə bilərlər.
Xatırladaq ki, ASB ASC-nin 60 milyon manatlıq nizamnamə kapitalının 98.43%-i "Anadolu İnvestment Kompani" MMC-yə, 1%-i Leyla Gozal-a, 0.57%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Swift nədir?
Françayzinq nədir və necə olur?
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?